Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şamaxıda Milli Mətbuat Gününə həsr olunmuş görüş keçirilib

Şamaxıda Milli Mətbuat Gününə həsr olunmuş görüş keçirilib

Şamaxıda 22 iyul – Milli Mətbuat Günü münasibətilə jurnalistlərlə görüş keçirilib. Heydər Əliyev Mərkəzində keçirilən görüşdə rayonun rəhbər işçiləri, ictimaiyyət və mətbuat nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıb.
Bildirilib ki, “Əkinçi” qəzeti ilə başlanan Azərbaycan milli mətbuatı özünəməxsus ənənələr yaradıb. Mətbuatımızın ­yaradıcısı Həsən bəy Zərdabidən başlayaraq, günümüzə qədər böyük qələm ustaları milli təfəkkürün inkişafı üçün misilsiz xidmətlər göstərərək, xalqımızın maariflənməsinə böyük töhfələr veriblər. 
Ölkəmizdə söz, fikir və mətbuat azadlığının təmin edilməsində ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Daha sonra Prezident İlham Əliyevin rəhbərliyi altında mühüm işlərin görüldüyü, mətbuat nümayəndələrinin sosial problemlərinə xüsusi həssaslıqla yanaşıldığı və sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlərin həyata keçirildiyi diqqətə çatdırılıb.
Tədbirdə çıxış edənlər ölkəmizdə söz və mətbuat azadlığının bərqərar olunması istiqamətində dövlət səviyyəsində görülən işlərin, həyata keçirilən tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirərək jurnalistlərə Milli Mətbuat Günü münasibətilə təbriklərini çatdırıblar.
Sonda mətbuat işçilərinə hədiyyələr təqdim olunub.

 

İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

23 2019 23:05 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə