Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İtaliyalı idmançı: Bakıda atletlər və azarkeşlər üçün hər cür şərait yaradılıb

İtaliyalı idmançı: Bakıda atletlər və azarkeşlər üçün hər cür şərait yaradılıb

İyulun 21-dən Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı (EYOF) keçirilir. Həmin gün “Baku Crystal Hall”da festivalın təntənəli açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosyançiç, iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri iştirak ediblər. Azərbaycan Prezidenti İlham Əliyev XV Avropa Gənclər Yay Olimpiya Festivalını açıq elan edib.
Əməkdaşımız festivalda iştirak edən idmançılardan bəzilərinin tədbirlə bağlı təəssüratlarını öyrənməyə çalışıb. İtaliyalı idmançı Simone Vinçenzo Piroddu bildirib: 
– Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak etmək üçün Azərbaycanda olmağımdan çox məmnunam. Bakıya gəlməzdən əvvəl bu ölkə, bu şəhər haqqında xeyli məlumat topladım. Öyrəndim ki, azərbaycanlılar tolerant, sülhsevər xalqdır, güclü multikulturalizm ənənələrinə malikdirlər. Elə Bakıda olduğum müddətdə də bunun şahidi oldum, insanların xoş münasibətini, qonaqpərvərliyini gördüm. 
Bakıda keçirilən yarışları izləmək üçün şəhərə çoxlu turistlərin, azarkeşlərin gəldiyi barədə də məlumatım var. Əminəm ki, dünyanın hər yerindən Bakıya axın etmiş azarkeşlər burada keçirilən yarışlardan zövq alacaqlar. Onlara dərin minnətdarlığımı bildirirəm ki, bizim komandaların oyununu izləmək üçün Bakıya gəliblər. Yarışı yüksək səviyyədə təşkil etmiş, istər atletlər, istərsə də azarkeşlər üçün hər cür şərait yaratmış Azərbaycana, onun rəhbərliyinə ayrıca təşəkkürlərimi bildirirəm.
Başqaları Azərbaycan haqqında mənfi fikirlər yaymağa çalışsa da, biz Bakıdan, bu ölkənin xalqından çox razı qaldıq. Bakının gözəlliyindən həzz aldıq, insanların qayğıkeşliyini, mehribanlığını gördük. Bir daha əmin olduq ki, Azərbaycan tolerant, sülhsevər bir ölkədir.
Yarışlar da uğurla keçir. Mən Heydər Əliyev adına İdman Sarayında keçirilən güləş yarışlarının birinci günündə yarışdım, qələbə qazandım. Əlbəttə, bu idmandır. Qələbələrimiz də, məğlubiyyətlərimiz də olacaq. Bütün idmançılara uğurlar arzulayıram. 

 

Təqdim etdi: 
PaşaƏMİRCANOV, 
“Xalq qəzeti”

23 2019 23:03 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə