Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İdmançılarımız ilk gündən ümidləri doğruldurlar

İdmançılarımız ilk gündən ümidləri doğruldurlar

 Bu günlər Azərbaycan yenidən beynəlxalq aləmin diqqət mərkəzindədir. Son illər ölkəmizdə bir-birinin ardınca keçirilən mötəbər tədbirlər respublikamıza olan inam və etimadın bariz nümunəsidir. Bütün bunlar Azərbaycanın iqtisadi cəhətdən güclü və ictimai baxımdan sabit ölkə olmasının nəticəsidir. Hazırda beynəlxalq aləmin diqqəti yenidən Azərbaycana yönəlib. Ölkəmiz Avropa Gənclər Yay Olimpiya Festivalına evsahibliyi edir. Artıq yarışlara start verilib, hətta ilk mükafatçılar da məlumdur. Bu yarışların Azərbaycanda keçirilməsi bizim üçün ikiqat bayramdır. İlk növbədə, ona görə ki, respubublikamız artıq dünyada idman ölkəsi olduğunu təsdiqləyib. Bu vaxta qədər Azərbaycanda keçirilən dünya və Avropa çempionatları bir daha təsdiqlədi ki, ölkəmiz nüfuzlu beynəlxalq tədbirləri yüksək səviyyədə keçirməyə qadirdir. Digər tərəfdən, belə mötəbər idman yarışlarında məktəbimizin yetirmələrinin qazandıqları nailiyyətlər hər birimizin sabaha olan ümidimizi daha da artırır.

Bakıda keçirilən XV Avropa Gənclər Olimpiya Festivalında liseyimizin yetirmələrinin uğurlu iştirakı, mükafata layiq yerlər tutması zəhmətimizin hədər getməməsindən xəbər verir. İlk olaraq, iyulun 21-dən start götürən XV Avropa Gənclər Olimpiya Festivalının açılış mərasimindən başlamaq istərdim. Həmin mərasimdə Azərbaycanın bayraqdarı olan cudoçu Vüqar Talıbov məhz Olimpiya İdman Liseyinin yetirməsidir. O, hələ məktəbimizin şagirdi olarkən yüksək nailiyyətlər qazanıb. Vüqar Talıbovun 16 yaşı var. O, 2018-ci il Yeniyetmələrin Yay Olimpiya Oyunlarının qalibi, Avropa kubokunun sahibi, eləcə də Afrika kubokunun gümüş və Asiya kubokunun bürünc mükafatçısıdır. Məşqçilər ona böyük ümid bəsləyir və inanırlar ki, Vüqar bu mötəbər yarışın da qalibi olacaq. 
Yetirmələrimiz digər mötəbər yarışlarda olduğu kimi, XV Avropa Gənclər Olimpiya Festivalında da uğurla çıxış edirlər. Bəri başdan qeyd edim ki, festivala qatılan idmançılarımızın 90 faizi yerli idman məktəblərinin yetirmələridir. Yəni, bu yarışda legioner idmançılara ehtiyac olmayacq. 
Liseyimizin yetirmələri – yunan-Roma güləşi üzrə Nihad Məmmədli, Qurban Qurbanov və Həsrət Cəfərov artıq öz sözlərini deyib və festivalın mükafatlarını qazanıblar. Digər idman yarışlarında da mübaizə aparacaq yetirmələrimizin mükafat qazanacaqlarıına inanırıq.
 Nəzərə almaq lazımdır ki, 48 ölkədən gəlmiş 3600 idmançı arasında mükafat qazanmaq böyük nailiyyətdir. Atletlər idmanın 10 növü – gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında mübarizə aparırlar. 

 

Rasim MURADOV, 
Olimpiya İdman Liseyinin direktoru

23 2019 23:02 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə