Ən son xəbərlər
“Forbes” jurnalı dünyanın ən bahalı idman klublarının yeni reytinq cədvəlini açıqlayıb.
Siyahının ilk pilləsində 5 milyard avroluq büdcə ilə “Dallas Kovboys” (Amerika futbolu) klubu qərarlaşıb. 4,6 milyard avro büdcəsi olan “Nyu-York Yankis” (beysbol) cədvəldə ikinci pillədə yer alıb. İlk üçlüyü dünyanın ən bahalı futbol klubu olan Madrid “Real”ı (İspaniya) qapayıb. “Kral klubu” 4,24 milyard avro dəyərindədi.
Dünyanın 10 ən bahalı reytinq cədvəlində Barselona (futbol) – 4,02 milyard avro, Nyu-York Niks (basketbol) – 4 milyard avro, Mançester Yunayted (futbol) – 3,81 milyard avro, Nyu-İnqlend Petriots (Amerika futbolu) – 3,8 milyard avro, Los-Anceles Leykers (basketbol) – 3,7 milyard avro, Qolden Steyt Uorriors (basketbol) – 3,5 milyard avro, Nyu-York Cayants (Amerika futbolu) – 3,3 milyard avro büdcə ilə müvafiq olaraq növbəti yerləri tutublar.
Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə