Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AzMİU-nun tələbəsi çempion oldu

AzMİU-nun tələbəsi çempion oldu

Azərbaycan Memarlıq və İnşaat ­Universitetinin (AzMİU) memarlıq fakültəsinin 2-ci kurs tələbəsi Sevən Məhəmmədpur British Councilun Creative Spark layihəsi çərçivəsində həyata keçirdiyi “Böyük ideya” startap yarışmasının Azərbaycan üzrə çempionu oldu. Ölkə çempionu olan AzMİU-nun tələbəsi Böyük Britaniyaya səfər və 3000 ingilis funt-sterlinqi məbləğində pul mükafatı qazanıb.

Yarışmada, həmçinin AzMİU-nu texnologiya kateqoriyasında təmsil edən universitetin tikinti-iqtisad fakültəsinin 2-ci kurs tələbəsi Solmaz Fətullayeva və memarlıq fakültəsinin dizayn ixtisası üzrə magistr tələbəsi Cavid Bağırzadə kateqoriya çempionları olublar. Onu da qeyd edək ki, yerlərin müəyyənləşdirilməsi British Councilun Böyük Britaniyadakı mütəxəssisləri tərəfindən həyata keçirilib.
Yarışmada iştirak etmək və öz ideyalarını təqdim etmək üçün tələbələr AzMİU-nun İnnovativ Biznes İnkubatoru Mərkəzində davamlı çalışıb və onlara hər cür dəstək verilib. Bu müddətdə AzMİU-nun Creative Spark üzrə Böyük Britaniya partnyoru London South Bank Universitetinin mütəxəssisi də ideyalarının təkmilləşdirilməsi və tələbələrin yarışmada yüksək performans göstərmələri istiqamətində fəal işləyib. 
Məlumat üçün bildirək ki, “Böyük ideya” yarışması hər ölkə üzrə 9 komanda olmaqla 7 ölkədə (Azərbaycan, Ukrayna, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Ermənistan) keçirilib. Gənclərin startap ideyalari 3 kateqoriyada – kreativ, texnologiya, sosial sahələr üzrə müəyyənləşdirlib, onların arasından müvafiq olaraq kateqoriya çempionu, səsvermə çempionu və ölkə çempionu seçilib. 

 

“Xalq qəzeti”

 

23 2019 22:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə