Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Festivalın idman gimnastikası yarışlarının birinci günündə azarkeşlər maraqlı idman mübarizəsi izləyiblər

Festivalın idman gimnastikası yarışlarının birinci günündə azarkeşlər maraqlı idman mübarizəsi izləyiblər

İyulun 23-də Bakıda təşkil olunan XV Avropa Gənclər Yay Olimpiya Festivalında idman gimnastikası yarışlarına start verilib.
Milli Gimnastika Arenasında keçirilən yarışlarda Avropanın 37 ölkəsinin idmançıları mübarizə aparıblar. 
Üç qrup üzrə təşkil olunan təsnifat yarışlarında Səməd Məmmədli, Ağakazım Rüstəmov və Mənsum Səfərovdan ibarət komandamız birinci qrupda İslandiya, Kipr, Polşa, Avstriya və Belarus atletləri ilə birgə mübarizə aparıb. Əzmkarlıq nümayiş etdirən gimnastlarımız qrupda birinci olublar. 
Hər üç qrupda yarışlar başa çatdıqdan sonra komanda yarışlarının mükafatçıları açıqlanıb. Belə ki, 163,950 xalla Ukrayna millisi birinci olub. Rusiya yığması 163,100 xalla yarışı ikinci, İtaliya isə 159,183 xalla üçüncü pillədə başa vurub. Azərbaycan komandası isə 150,400 xalla 11-ci pillədə qərarlaşıb.
Mükafatçılara medalları Avropa Olimpiya Komitəsinin vitse-prezidenti Niels Niqaard təqdim edib.
Azərbaycan atleti Səməd Məmmədli isə festivalda üç hərəkət üzrə finala yüksəlib. Təsnifat yarışlarında uğurla çıxış edən gimnastımız sərbəst hərəkətlər, dəstəli at və çöxnövçülükdə finala vəsiqə qazanıb.
İyulun 24-də isə qadın idman gimnastları təsnifat mərhələsində güclərini sınayacaqlar. İdman gimnastikası üzrə final yarışları iyulun 25-27-də keçiriləcək.

 

AZƏRTAC

23 2019 22:53 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə