Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qarabağ Komitəsinin təşəbbüs qrupunun üzvlərinə Bakı Şəhər Baş Polis İdarəsində xəbərdarlıq edilib

Qarabağ Komitəsinin təşəbbüs qrupunun üzvlərinə Bakı Şəhər Baş Polis İdarəsində xəbərdarlıq edilib

Qarabağ Komitəsinin iyulun 23-də mitinq keçirilməsi ilə bağlı təşəbbüs qrupunun üzvləri – Pənah Hüseyn və Tural Abbaslı Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunaraq xəbərdarlıq edilib.  
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev AZƏRTAC-a bildirib ki, icazəsiz mitinqin keçirilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmayan, yaxud sanksiyalaşdırılmayan hər hansı kütləvi tədbirin qarşısı polis tərəfindən qətiyyətlə alınacağı onların diqqətinə çatdırılıb. 
Qarşılıqlı müzakirə şəraitində keçirilən görüşdə vurğulanıb ki, polis paytaxtda asayişin, əmin-amanlığın davamlı olması üçün bütün lazımi tədbirləri həyata keçirir.

23 2019 22:50 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə