Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün DÖVLƏT PROQRAMI

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Prezidentinin  2019-cu il 22 iyul tarixli Sərəncamı ilə   təsdiq edilmişdir

 

1. Giriş

 

Azərbaycan Respublikasında sosial-iqtisadi sabitliyin təmin edilməsi, insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması məqsədilə narkomanlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilmişdir. Aparılan islahatlar narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlıq problemlərinin həlli üçün cəmiyyətin, dövlətin və qeyri-hökumət təşkilatlarının səylərinin birləşdirilməsini, beynəlxalq əlaqələrin genişləndirilməsini və kompleks mübarizəni zəruri etmişdir.

Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq bu gün dünyanı narahat edən əsas problemlərdən biridir. Həmin problemin vurduğu ziyanın həcmi praktiki olaraq  çox böyükdür və həm narkotik istifadəçisinin şəxsiyyətinin deqradasiyasına, həm də müxtəlif cinayətlər törədilməsinə, cəmiyyətin maddi-texniki və intellektual potensialının aşağı düşməsinə, genefondun pisləşməsinə və bir çox mənfi hallara gətirib çıxarır. Eyni zamanda, cinayətkarlığın artmasına səbəb olan narkotiklərin qanunsuz dövriyyəsi terrorizmin maliyyə mənbəyi olmaqla beynəlxalq təhlükəsizliyə ən ciddi təhdidlərdən biridir. Bu baxımdan, dünya dövlətləri narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üsullarını daha da təkmilləşdirir, habelə beynəlxalq səviyyədə müvafiq nəzarət sisteminin tətbiqi sahəsində səylərini artırırlar.

“Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 26 avqust tarixli 485 nömrəli Fərmanı ilə əsas vəzifəsi narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etməkdən, bu sahədə dövlət orqanlarının və ictimai birliklərin fəaliyyətini əlaqələndirməkdən ibarət olan Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmış, narkotiklərin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində dövlətin strateji kursunun əsasları müəyyən edilmişdir. Respublikada narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıqla mübarizə sahəsində bir sıra təşkilati-hüquqi, institusional və əməli praktiki tədbirlər həyata keçirilmiş, narkotiklərlə mübarizə üzrə beynəlxalq təşəbbüslərdə iştirak daha intensiv xarakter almışdır.

Azərbaycan Respublikası beynəlxalq birliyin bütün səylərini dəstəkləyərək, Birləşmiş Millətlər Təşkilatının müvafiq konvensiyalarına qoşulmuşdur. Ölkəmizdə beynəlxalq standartlara uyğun normativ milli hüquqi baza yaradılmış, təkmilləşdirilmiş və onun beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində xeyli iş görülmüşdür.

Bununla yanaşı, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində geniş tədbirləri özündə ehtiva edən proqramlar Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli 371 nömrəli Fərmanı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram”, 2007-ci il 28 iyun tarixli 2271 nömrəli Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram (2007–2012-ci illər üçün)”, 2013-cü il 24 iyun tarixli 2966 nömrəli Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013–2018-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmiş və uğurla həyata keçirilmişdir.

 

2. Dövlət Proqramının məqsədi

 

 “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın (bundan sonra–Dövlət Proqramı) məqsədi respublikada narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğatı, ictimai maarifləndirmə işinin əhatəsinin genişləndirilməsi, müasir informasiya texnologiyalarının imkanlarından istifadə olunmaqla, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicəsi və reabilitasiyası istiqamətində müasir texnologiyaların və yeni üsulların tətbiqi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, beynəlxalq təcrübədən istifadə etməklə ixtisaslaşmış seminarların keçirilməsi və digər genişmiqyaslı məsələlərdən ibarətdir.

 

3. Dövlət Proqramının maliyyələşdirilməsi

 

Bu Dövlət Proqramının icrası üçün tələb olunan xərclər müvafiq illər üzrə Azərbaycan Respublikasının dövlət büdcəsində aidiyyəti icraçı orqanlar üçün nəzərdə tutulmuş vəsait dairəsində maliyyələşdirilir.

MƏTBUATA

22/7 AZR-227

                                                                                                                                                                                                         Layihə

4. Dövlət Proqramının həyata keçirilməsi üzrə

 

TƏDBİRLƏR PLANI

 

 

 

 

 Sıra

№-si

Tədbirin adı

İcraçı orqanlar

İcra

müddəti

(illər üzrə)

 

 

     

 

4.1. Təşkilati tədbirlər

 

4.1.1.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013–2018-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icrasının yekunlarının təhlili və müvafiq tədbirlərin həyata keçirilməsi

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası

2019 sentyabr

 

4.1.2.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və onlardan sui-istifadə ilə əlaqədar mübarizə tədbirlərini daha da gücləndirmək məqsədilə aidiyyəti qurumların əməkdaşlığının möhkəmləndirilməsi və qarşılıqlı fəaliyyətinin təmin edilməsi

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti

2019–2024

 

4.1.3.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizədə müvafiq səlahiyyətli dövlət orqanlarının ehtiyaclarının öyrənilməsi və müəyyən edilmiş çatışmazlıqların aradan qaldırılması üçün təkliflər verilməsi

Nazirlər Kabineti, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu

2019–2024

 

4.1.4.

Narkoloji xidmətin keyfiyyətinin yaxşılaşdırılması, narkoloq və tibbi psixoloqların, narkoloji müalicə müəssisələrinin sayının artırılması, reabilitasiya mərkəzlərinin yaradılması

Səhiyyə Nazirliyi

2019–2024

 

4.1.5.

Narkomaniya xəstəliyi ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlərin həyata keçiriləcəyi tibb müəssisəsinin fəaliyyətinin təmin edilməsi

 

Daxili İşlər Nazirliyi

2019–2020

 

 

     

4.1.6.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının ilkin tədqiqatını və məhkəmə ekspertizasını aparan laboratoriyaların maddi-texniki təminatının yaxşılaşdırılması üzrə tədbirlərin görülməsi

Nazirlər Kabineti, Ədliyyə Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti

 

 

2019-2023

4.1.7.

Məhkəmə ekspertizası tədqiqatına müxtəlif konsentrasiyalarda çəkməli qarışıqların (siqaret) üzərinə hopdurulmuş şəkildə təqdim olunan psixoaktiv maddələrin kəmiyyət analizlərinin aparılması üçün onların etalon nümunələrinin əldə edilməsi üzrə zəruri tədbirlər görülməsi

Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası

mütəmadi

4.1.8.

Yeni psixoaktiv maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə məqsədilə onların ekspres analizlərinin aparılması üçün müasir avadanlığın əldə olunması və bu avadanlıqdan istifadəyə dair müvafiq təlimlərin təşkili

Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti

2019–2023

 

 

 

4.1.9.

Narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə dair şəxsi həyat sirri olmayan məlumatların məcmusunu yaratmaq məqsədilə Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadəyə dair Milli İnformasiya Mərkəzinin yaradılması

Nazirlər Kabineti, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu

 

2019

4.1.10.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə vətəndaşların aktiv fəaliyyət göstərməsi üçün təşkilati-hüquqi formasından asılı olmayaraq aidiyyəti nazirlik, komitə və təşkilatlarla, operativ qaydada əlaqələndirməni təmin etmək üçün “Qaynar xətt” rabitə əlaqəsinin yaradılması

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu

2019

4.1.11.

Narkotikdən sui-istifadə edənlərin aşkarlanması metodlarının təkmilləşdirilməsi ilə bağlı tədqiqatlar aparılması

Səhiyyə Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası

2019–2023

4.1.12.

Narkotiklərlə bağlı cinayət işlərinin istintaqı və məhkəmə baxışı zamanı narkotiklərin əldə edilməsi mənbələrinin aşkara çıxarılması məqsədilə tədbirlərin gücləndirilməsi

Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti

mütəmadi

1

2

3

4

4.1.13.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətkarlığın son 5 ildə vəziyyətinin, dinamikasının, latentliyinin hərtərəfli təhlil edilməsi və müvafiq tədbirlər görülməsi

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu, digər aidiyyəti dövlət orqanları (qurumları)

2019

4.1.14.

Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, onların prekursorlarının qanunsuz idxalı, ixracı, tranzit nəqli və istehsalı ilə bağlı vəziyyəti təhlil etməklə, müvafiq təkliflər verilməsi

Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu

hər ilin sonunda

4.1.15.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə bağlı vəziyyət barədə sorğuların keçirilməsi, həmçinin müxtəlif yaş qrupları arasında narkomanlığın yayılma dərəcəsini aşkarlamaq məqsədilə sosial araşdırmalar aparılması, nəticələrin ümumiləşdirilməsi və müvafiq təkliflər hazırlanması

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, aidiyyəti                   qeyri-hökumət təşkilatlarını cəlb etməklə

2019-2024

4.1.16.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanuni dövriyyəsinə ciddi nəzarətin təmin edilməsi məqsədilə müvafiq monitorinqlərin aparılması

Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu

mütəmadi

 

4.1.17.

Hüquq mühafizə orqanları tərəfindən qanunsuz dövriyyədən çıxarılmış güclü təsirə malik narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının mənbəyinin və nümunələrarası əlaqələrinin müəyyən edilməsi məqsədilə onların eyniləşdirilməsinin həyata keçirilməsi, xarakterik xüsusiyyətlərinin və kimyəvi xassələrinin (təmizlik dərəcəsinin) qeydiyyatının aparılması

Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti

2019–2024

4.1.18.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə aidiyyəti qeyri-hökumət təşkilatlarının, o cümlədən digər vətəndaş cəmiyyəti institutlarının sosial xarakterli  tədbirlərin icrasına cəlb olunması

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, aidiyyəti                qeyri-hökumət təşkilatlarını cəlb etməklə

2019–2024

 

4.1.19.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizə sahəsində beynəlxalq təcrübədən istifadə etməklə, əməkdaşların peşəkarlığının yüksəldilməsi və təcrübə mübadiləsi məqsədi ilə ixtisaslaşdırılmış seminarların, təlimlərin keçirilməsi

Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu, aidiyyəti qeyri-hökumət təşkilatlarını cəlb etməklə

mütəmadi

4.1.20.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizəyə həsr olunmuş xarici nəşrlərin aidiyyəti təşkilatların mütəxəssislərinə paylanılması məqsədilə əldə edilərək, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupuna göndərilməsi

Xarici İşlər Nazirliyi və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu

 

 

mütəmadi

4.1.21.

Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanmasında istifadə oluna bilən prekursorları idxal, istehsal və istifadə edən müəssisə və elmi tədqiqat laboratoriyalarının müvafiq monitorinqi

Səhiyyə Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası

mütəmadi

4.1.22.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının internet saytının təkmilləşdirilməsi, mobil versiyasının hazırlanması, sosial şəbəkələrdə yeni səhifələrin açılması və onların aktiv fəaliyyətinin təmin edilməsi

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu

2020

4.1.23.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair illik milli hesabatın hazırlanması

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu

hər il yanvarın

30-dək

4.1.24

Proqramda nəzərdə tutulmuş tədbirlərin icrası barədə aidiyyəti nazirlik, komitə və digər təşkilatlar tərəfindən verilən hesabatların ümumiləşdirilərək müzakirə edilməsi üçün Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına təqdim edilməsi

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu

hər ilin

yanvar ayı

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

4.2. Qanunvericiliyin təkmilləşdirilməsi

4.2.1.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsini tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair təkliflər verilməsi

Nazirlər Kabineti, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Sərhəd Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu, digər aidiyyəti dövlət orqanları (qurumları)

2019–2023

4.2.2.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində əməliyyat-axtarış tədbirlərinin səmərəliliyinin artırılmasına dair təkliflər hazırlanması

Nazirlər Kabineti, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti

2019–2022

4.2.3.

Cinayət işləri üzrə narkotiklərin mənbəyinin müəyyən olunmasına nəzarətin gücləndirilməsi məqsədilə məhkəmə və hüquq mühafizə orqanları tərəfindən belə halların hər il üzrə statistikasının aparılması barədə müddəaların qanunvericiliyə əlavə edilməsi

Nazirlər Kabineti, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti

2019

4.2.4.

Normativ hüquqi aktlarda əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlar tərəfindən şəxsin üzərində hər hansı qanunsuz saxlanılan əşyanın aşkar edilib götürülməsinin prosedur qaydalarını dəqiq müəyyənləşdirəcək dəyişikliyin edilməsi

Nazirlər Kabineti, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti

2019

4.2.5.

Narkomanlığın erkən müəyyən edilməsi və profilaktikası məqsədilə çağırışçıların və həqiqi hərbi xidmət keçən hərbi qulluqçuların icbari narkoloji müayinədən keçməsi məsələsinə qanunvericiliyə uyğun olaraq baxılması

Nazirlər Kabineti, Daxili İşlər Nazirliyi,  Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti

 

 

 

2019–2020

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

4.2.6.

Psixoaktiv maddələrin yeni növlərinin yayılması,  onların struktur və formalarının müxtəlifliyi nəzərə alınaraq, dövriyyəsi qadağan edilmiş psixotrop maddələrə dair müvafiq siyahıların təkmilləşdirilməsi ilə bağlı təkliflər verilməsi

Nazirlər Kabineti, Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti

2019–2022

 

 

4.2.7.

Narkoistifadəçilər barədə daha dolğun, aydın və konkret məlumatların əldə olunaraq yığılması üçün müasir tələblərə cavab verən yeni qeydiyyat sisteminin işlənilib hazırlanması

Səhiyyə Nazirliyi

2019–2020

 

4.3. Beynəlxalq tədbirlər

4.3.1.

Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində narkotik tərkibli bitkilərin əkilməsi, onların istehsalı, tranziti, terrorçuluğun maliyyələşdirilməsi, çirkli pulların yuyulması və onunla əlaqəli digər cinayət növlərinin yayılması hallarına beynəlxalq ictimaiyyətin diqqətinin cəlb edilməsi və digər zəruri tədbirlərin görülməsi

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu, Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, aidiyyəti               qeyri-hökumət təşkilatlarını cəlb etməklə

mütəmadi

4.3.2.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlarla və xarici ölkələrin müvafiq orqanları ilə qarşılıqlı əməkdaşlığın davam etdirilməsi

Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi,  Ədliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu

2019–2024

4.3.3.

Narkomanlığın yayılmasının qarşısının alınması istiqamətində uğurlu strategiyası olan dövlətlərin təcrübəsi ilə tanış olmaq məqsədilə həmin dövlətlərlə əməkdaşlığın genişləndirilməsi

Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu

2019–2024

4.3.4.

Narkotik vasitələrin qeyri-tibbi qəbulunun profilaktikası işinin səmərəli təşkili məqsədilə beynəlxalq təcrübənin öyrənilməsi, maarifləndirici təlim materiallarının hazırlanması

Səhiyyə Nazirliyi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu, aidiyyəti qeyri-hökumət təşkilatlarını cəlb etməklə

 

mütəmadi

 

4.3.5.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsindən əldə edilən pul vəsaitinin və ya digər əmlakın leqallaşdırılmasının aşkarlanması və qarşısının alınması məqsədilə aidiyyəti dövlət orqanları ilə maliyyə qurumlarının qarşılıqlı əlaqələrinin möhkəmləndirilməsi, habelə xarici dövlətlərin müvafiq orqanları ilə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi

Maliyyə Monitorinqi Xidməti, Daxili İşlər Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti, digər aidiyyəti dövlət orqanları (qurumları)

2019–2024

4.3.6.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və narkomanlığın qarşısının alınmasına dair beynəlxalq konfranslarda, seminarlarda və digər tədbirlərdə aidiyyəti dövlət qurumlarının mütəxəssislərinin iştirakının təmin edilməsi

Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Ədliyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi, Dövlət Gömrük Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Sərhəd Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Milli Elmlər Akademiyası, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu, digər aidiyyəti dövlət orqanları (qurumları)

mütəmadi

 

4.4. Profilaktika, müalicə, reabilitasiya və maarifləndirmə tədbirləri

4.4.1.

Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin vaxtında aşkarlanması, könüllülük prinsipi əsasında müalicəsi və sağlam həyat tərzinə qaytarılması işinin təşkilində tibb müəssisələrinin, ərazi polis qurumlarının qarşılıqlı əlaqələrinin genişləndirilməsi və təkmilləşdirilməsi

Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, aidiyyəti              qeyri-hökumət təşkilatlarını cəlb etməklə

mütəmadi

4.4.2.

Narkotik vasitələrin qeyri-tibbi qəbulunun profilaktikası, belə şəxslərin müalicəsi və reabilitasiyası istiqamətində müasir texnologiyaların və yeni üsulların tətbiqi, həmçinin bu tədbirləri həyata keçirəcək mütəxəssislərin  peşəkarlığının artırılması

Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, digər aidiyyəti dövlət orqanları (qurumları)

2019-2021

4.4.3.

Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan olunmuş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrdən və psixotrop maddələrdən ibarət olan dərman vasitələri barədə gömrük və sərhəd keçid məntəqələrində elektron, həmçinin yazılı məlumatların yerləşdirilməsi və mütəmadi yenilənməsi

 

Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, Səhiyyə Nazirliyi

2019–2024

 

4.4.4.

Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək məqsədilə metodiki tövsiyələrin hazırlanması, onlardan istifadənin təşviqi

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, aidiyyəti qeyri-hökumət təşkilatlarını cəlb etməklə

mütəmadi

4.4.5.

Narkomanlar, həmçinin QİÇS və digər viruslara yoluxanlar arasında tibbi-gigiyena, təbliğat və maarifləndirmə işinin gücləndirilməsi

Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, aidiyyəti                qeyri-hökumət təşkilatlarını cəlb etməklə

mütəmadi

4.4.6.

Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslər arasında aparılan profilaktik tədbirlərin keyfiyyətinin və həmin tədbirləri icra edənlərin peşəkarlığının artırılması üzrə ixtisaslaşmış təlimlərin keçirilməsi

Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu

mütəmadi

4.4.7.

Narkomanlığın zərəri barədə zəruri metodiki-tədris vəsaitlərinin hazırlanması və internet resurslarında yerləşdirilməsi

Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası

mütəmadi

4.4.8.

Narkomanlıq xəstəliyindən azad olan insanların cəmiyyətə inteqrasiyası və məşğulluğunun təmin edilməsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, aidiyyəti qeyri-hökumət təşkilatlarını cəlb etməklə

mütəmadi

4.4.9.

Cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər arasında antinarkotik təbliğat işinin gücləndirilməsi, penitensiar müəssisələrin əməkdaşları üçün təlimlərin keçirilməsi

Ədliyyə Nazirliyi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu, aidiyyəti dövlət və                   qeyri-hökumət təşkilatlarını cəlb etməklə

mütəmadi

4.4.10.

Yerli icra hakimiyyəti orqanları tərəfindən narkomanlığın qarşısının alınması ilə bağlı təbliğat və maarifləndirmə işlərinin təşkili, gücləndirilməsi və davamlılığının təmin edilməsi

şəhər və rayon icra hakimiyyətləri

mütəmadi

4.4.11.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi, həmçinin sui-istifadəsi ilə əlaqədar mübarizəni gücləndirilmək məqsədilə regionlarda müzakirələr aparılması, vətəndaş cəmiyyəti institutlarının iştirakının genişləndirilməsi, belə tədbirlərə din xadimlərinin cəlb edilməsi, həmin mövzuda müzakirələrin sayının artırılması

 

 

şəhər və rayon icra hakimiyyətlərində fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə komissiyalar, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi

mütəmadi

 

4.4.12.

Yetkinlik yaşına çatmayanların və gənclərin təlim-tərbiyəsinə, məşğulluğuna, asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması, idman, incəsənət və ictimai faydalı əməklə məşğul olmaları üçün şəraitin yaradılması, narkotiklərə meyilli şəxslər barəsində vaxtında qabaqlayıcı, profilaktik tədbirlərin görülməsi

yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar, Daxili İşlər Nazirliyi, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, bələdiyyələri cəlb etməklə

mütəmadi

4.4.13.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə görə məsuliyyətə cəlb olunmuş şəxslərin, o cümlədən yetkinlik yaşına çatmayanların işləri üzrə təhqiqat, ibtidai və məhkəmə istintaqı dövrünü əhatə edən araşdırmalar zamanı belə cinayətlərin törədilməsini doğuran səbəb və şəraitin öyrənilməsi, eləcə də qarşısının alınması üçün tədbirlər görülməsi

Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Ədliyyə Nazirliyi

mütəmadi

4.4.14.

Narkotik tərkibli bitkilərin qanunsuz əkinlərinin və yabanı halda bitmiş sahələrinin aşkar olunması və həmin bitkilərin məhv edilməsi, habelə bu məqsədlə hər il xüsusi əməliyyat-axtarış tədbirlərinin keçirilməsi

Daxili İşlər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Sərhəd Xidməti, Azərbaycan Milli Elmlər Akademiyası, şəhər və rayon icra hakimiyyətləri, bələdiyyələri cəlb etməklə

mütəmadi

4.4.15.

Yabanı bitən çətənənin təbii biosenozdan sıxışdırılıb çıxarılması imkanlarının tədqiq edilməsi və bunun üçün müvafiq elmi tədqiqat işlərinin aparılması, meşə ərazilərində, sıx yaşıllıq massivlərində və çətin relyefli ərazilərdə narkotik tərkibli bitkilərin müəyyənləşdirilməsi üçün müasir texnologiyalardan istifadə

Azərbaycan Milli Elmlər Akademiyası, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi

2019–2024

4.4.16.

Azərbaycan Respublikasının ərazisində narkotik tərkibli yabanı bitkilərin inkişafını, yetişməsini və vegetasiyasını  əks etdirən geobotaniki xəritələrin hazırlanması üçün müvafiq tədqiqat işlərinin və təyinat monitorinqinin təşkili, həmin bitkilərin morfoloji görkəmini əks etdirən tablo və fotoalbomlardan vasitəsilə onların zərərli xassələrinin təbliği

Azərbaycan Milli Elmlər Akademiyası, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə şəhər və rayon komissiyaları, bələdiyyələri cəlb etməklə

mütəmadi

4.4.17.

Ali, orta ixtisas və peşə təhsili müəssisələrinin, ixtisasartırma və yenidən hazırlanma institutlarının tədris-təlim proqramlarına antinarkomaniya mövzusunun daxil edilməsi, tələbələr üçün ictimai mühazirə və seminarların keçirilməsi

Təhsil Nazirliyi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu, Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, aidiyyəti qeyri-hökumət təşkilatlarını cəlb etməklə

mütəmadi

 

4.4.18.

Təhsil müəssisələrində psixo-pedaqoji fəaliyyətin təkmilləşdirilməsi, məktəb psixoloqları üçün narkomanlıq probleminə dair təlim və treninqlərin keçirilməsi

Təhsil Nazirliyi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu, digər aidiyyəti dövlət orqanları (qurumları)

mütəmadi

4.4.19.

 

Narkotiklərdən zərər çəkmiş uşaqların fərdi reabilitasiyasının və cəmiyyətə reinteqrasiyasının həyata keçirilməsi

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, şəhər və rayon icra hakimiyyətlərində fəaliyyət göstərən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar

2019–2024

4.4.20.

Narkomanlığın cəmiyyətə və insan sağlamlığına zərəri, bu sahədə həyata keçirilən tədbirlər, onların məqsədi və mahiyyəti barədə ictimaiyyətin mütəmadi olaraq məlumatlandırılmasının təmin edilməsi

Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu

mütəmadi

4.4.21.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında qanunvericiliyin müddəalarının və tələblərinin əhaliyə izah edilməsi

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Televiziya və Radio Şurası, Mətbuat Şurası

mütəmadi

4.4.22.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində rüblük hesabatların hazırlanması, statistik və analitik məlumatların internet saytında yerləşdirilməsi

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu

hər rüb

4.4.23.

 

Narkotik vasitələrin, psixotrop maddələrin qəbulu və bununla bağlı problemlər haqqında vətəndaşlar arasında ictimai maarifləndirmə məqsədilə təbliğat işinin təşkili

Gənclər və İdman Nazirliyi, Milli Televiziya və Radio Şurası, Mətbuat Şurası, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Milli Elmlər Akademiyası, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu, digər aidiyyəti dövlət orqanları (qurumları)

mütəmadi

4.4.24.

Narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirlərinin aparılması məqsədilə təlimçilərin hazırlanması və bu istiqamətdə mexanizmin təkmilləşdirilməsi, habelə mövcud beynəlxalq təcrübənin tətbiqi

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz   Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

2019–2021

 

4.4.25.

Şagird və tələbələrin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı intellektual müsabiqələrin təşkili

Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu, digər aidiyyəti dövlət orqanları (qurumları)

mütəmadi

4.4.26.

Narkotik və psixotrop maddələr haqqında məlumatlılığın artırılması məqsədilə ümumitəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, sinif rəhbərləri, uşaq birliyi rəhbərləri, məktəb psixoloqları, valideyn komitəsi sədrləri, məktəb-valideyn icmasının üzvləri, müəllim və şagirdləri üçün seminar-məşğələlərin, profilaktik tədbirlərin həyata keçirilməsi

Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu

mütəmadi

4.4.27.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və narkomanlığın qarşısının alınması istiqamətində maarifləndirici materialların hazırlanmasının və yayılmasının təşkili

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu, aidiyyəti qeyri-hökumət təşkilatlarını cəlb etməklə

mütəmadi

4.4.28.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə mövzusunda televiziya və radio proqramlarında xüsusi verilişlərin təşkil edilməsi

Milli Televiziya və Radio Şurası, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu

mütəmadi

4.4.29.

Müasir təbliğat və maarifləndirmə metodlarından istifadə etməklə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı təbliğat aparılması 

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, aidiyyəti qeyri-hökumət təşkilatlarını cəlb etməklə

mütəmadi

4.4.30.

Sağlam həyat tərzinin təbliği və narkomanlığın zərəri ilə bağlı teatr tamaşası, bədii, sənədli və animasiya filmlərinin hazırlanması

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu, Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi, Milli Televiziya və Radio Şurası, aidiyyəti qeyri-hökumət təşkilatlarını cəlb etməklə

2019–2024

4.4.31.

 

 

Narkomanlıq və onun fəsadları barədə kütləvi informasiya vasitələrində daha dolğun məlumatların, müəllif yazılarının hazırlanması məqsədilə narkomanlığın spesifik cəhətləri ilə bağlı jurnalistlər üçün təlim kurslarının təşkili, həmçinin bu kursları aparan təlimçi kadrların hazırlanması

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu, Milli Televiziya və Radio Şurası, Mətbuat Şurası

2019–2024

 

 

 

4.4.32.

Tanınmış ictimai və din xadimlərinin, incəsənət və idman ustalarının iştirakı ilə mövzuya həsr olunmuş təbliğat xarakterli kütləvi tədbirlərin təşkil edilməsi

Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu

mütəmadi

4.4.33.

Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçənlər, o cümlədən digər qulluqçular arasında narkomanlığın cəmiyyətə və insan sağlamlığına zərəri barədə təbliğat işinin gücləndirilməsi

Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Sərhəd Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti

mütəmadi

4.4.34.

Şəhər və rayonlarda asudə vaxtın səmərəli təşkili məqsədilə yeniyetmə və gənclərə xidmət göstərən dövlət müəssisələrinin fəaliyyətinin inkişaf etdirilməsi, bu sahədə çalışan mütəxəssis və əməkdaşların biliklərinin, bacarıqlarının və peşəkarlıq səviyyəsinin artırılması

Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, aidiyyəti qeyri-hökumət təşkilatlarını cəlb etməklə

 

 

mütəmadi

4.4.35.

 

 

Müasir informasiya texnologiyalarının imkanları nəzərə alınmaqla, sağlam həyat tərzinin təbliği və narkomanlığın zərəri ilə bağlı sosial maarifləndirmə işinin daha da genişləndirilməsi

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti, Bakı Nəqliyyat Agentliyi, Dövlət Reklam Agentliyi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası

 

 

 

 

mütəmadi

 

4.4.36.

Cəmiyyətdə xüsusi nüfuzu ilə seçilən ictimaiyyət nümayəndələrinin iştirakı ilə narkomaniyadan əziyyət çəkən şəxslərin sağlam sosial həyata inteqrasiya olunması ilə bağlı onlara inam və etimad motivlərini nəzərdə tutan müxtəlif məzmunlu sosial layihələrin həyata keçirilməsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası

 

 

2019–2024

4.4.37.

 

 

 

 

Təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsi məqsədilə müxtəlif maarifləndirici materialların hazırlanması, internet resurslarında yerləşdirilməsi və onlardan istifadənin təşviqi

 

 

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, aidiyyəti            qeyri-hökumət təşkilatlarını cəlb etməklə

 

 

mütəmadi

 

 

4.4.38.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində sosial çarxların hazırlanması və kütləvi informasiya vasitələrində geniş işıqlandırılması

Milli Televiziya və Radio Şurası, Mətbuat Şurası, Gənclər və İdman Nazirliyi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu

 

 

mütəmadi

 

 

 Qeyd. Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin ki, bu Dövlət Proqramının 4.1.2-ci, 4.1.12-ci, 4.1.13-cü, 4.1.14-cü, 4.2.1–4.2.6-cı, 4.3.5-ci, 4.4.2-ci, 4.4.13-cü və 4.4.21-ci yarımbəndlərində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsində iştirak etsinlər.

23 2019 21:56 - SƏRƏNCAMLAR
SƏRƏNCAMLAR

Köhnə versiyamızdan xəbərləri izlə