Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vladimir Zelenskinin partiyası Ali Radaya seçkilərin lideridir

Vladimir Zelenskinin partiyası Ali Radaya seçkilərin lideridir

Ukrayna Prezidenti Vladimir Zelenskinin “Sluqa naroda” (“Xalq xidmətçisi”) Partiyası ölkədə keçirilmiş parlament seçkilərinin lideridir. Bu, Mərkəzi Seçki Komissiyasının səslərin 95 faizinin hesablanmasından sonra gəldiyi nəticədir. Məlumatı “Lenta.ru” verib. 

Dövlət başçısının partiyasına seçicilərin 43,13 faizi səs verib. Bu isə Ali Radada birpartiyalı çoxluq yaratmağa imkan verir. İkinci yeri 13,06 faiz səslə “Həyat uğrunda – müxalifət platforması” tutur. 
MSK-nin elan etdiyi ilkin nəticələrə görə, Ukraynanın sabiq prezidenti Pyotr Poroşenkonun “Avropa həmrəyliyi”, deputat Yuliya Timoşenkonun “Batkivşina” partiyaları və “Elza okeanı” musiqi qrupunun lideri Stanislav Vakarçukun “Qolos” təşkilatı da parlamentə düşə bilib. 
Bir müddət əvvəl bildirilirdi ki, Poroşenko parlamentdə və ölkədə etiraz hərəkatı yaratmağı planlaşdırır və Zelenskinin partiyasını nüfuzdan salaraq yeni növbədənkənar seçkilər keçirilməsinə nail olmaq istəyir. O da məlumdur ki, sabiq prezident Zakarçukun fraksiyasını ideyaca özünə yaxın hesab edir və onunla birləşmək iddiasındadır. 
Prezidentin partiyasından isə bildirilib ki, artıq parlamentin yeni sədri müəyyənləşdirilib. Bu, Ukraynanın hazırkı prezidentinin seçki kampaniyasının təşkili ilə məşğul olmuş Dmitri Razumkov olacaq. Razumkov 1983-cü ildə anadan olub, əsasən, siyasi texnoloq kimi fəaliyyət göstərib. 2006–2010-cu illərdə Regionlar Partiyasının üzvü olub. Zelenskinin komandasına 2018-ci ilin payızında birləşib. 
Qeyd edək ki, iyulun 21-də – seçki günü Prezident Zelenski jurnalistlərlə söhbətində demişdi ki, artıq baş nazir postuna namizədlərlə söhbət aparır. Onun fikrincə, bu vəzifəyə elə adam təyin edilməlidir ki, peşəkar iqtisadçı olsun. O, həmçinin Nazirlər Kabinetinin başçısı, Ali Radanın spikeri, parlament fraksiyalarının rəhbəri vəzifələrini tutmamış olsun. 

 

Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”

23 2019 21:53 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə