Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xabarovskda faciə

Xabarovskda faciə

Rusiyanın Xabarovsk diyarında faciə baş verib. Dağ xizəksürmə kompleksində yaradılan məktəbli düşərgəsində yanğın baş verib. Yanğın nəticəsində 3 nəfər həlak olub, 12 nəfər xəsarət alıb. Uşaqları xilas edən 10 yaşlı məktəbli komaya düşüb.
TASS-ın məlumatına görə, düşərgədə 7 yaşından 15 yaşınadək 189 uşaq olub. Qurulmuş 26 çadırdan 20-si yanıb.
Faktla bağlı cinayət işi qaldırılıb. İstintaqı Rusiya İstintaq Komitəsinin mərkəzi aparatı aparır. Düşərgənin direktoru saxlanılıb. Yanğının səbəbləri araşdırılır.
İyulun 24-dən Xabarovskda matəm elan edilib.

 

Qəzənfər QASIMOV, “Xalq qəzeti”  

23 2019 21:52 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə