Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“AzerTelecom” Microsoft şirkətinin rəsmi tərəfdaşı oldu

“AzerTelecom” Microsoft şirkətinin rəsmi tərəfdaşı oldu

Ölkənin telekommunikasiya sektorunda artıq 10 ildən çoxdur fəaliyyət göstərən və Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital HUB” proqramını icra edən “AzerTelecom” şirkəti İKT sektorunun qlobal iştirakçılarından biri olan tanınmış Microsoft şirkətinin rəsmi tərəfdaşı olub.

Microsoft şirkəti ilə tərəfdaşlıq “AzerTelecom” tərəfindən korporativ sektorda müştərilərə ən müxtəlif İT xidmətlərin, məhsul və qabaqcıl həllərin təqdim edilməsinə şərait yaradır. Bu tərəfdaşlıq imkan verir ki, “AzerTelecom” müştərilərinə “Azure” (bulud üzərindən həllər), “Microsoft 365” (korporativ müştərilər üçün zəruri məhsullar toplusu), “Microsoft Windows” (Server və User) məhsulu, Vahid Ünsiyyət – Microsoft Teams (Unified Communication), “Office 365” (İstifafdəçilər üçün müxtəlif iş alətləri) və s. məhsul və həlləri təqdim etsin.

Həmçinin Microsoft şirkətinin “Server Node” avadanlığı “AzerTelecom” şirkətinin Data Mərkəzində də yerləşdirilib. Müvafiq avadanlığın “AzerTelecom” şirkətinin Data Mərkəzində yerləşdirilməsi Microsoft korporasiyasının proqram təminatının yeniləmələrinin burada cəmlənərək müştərilərə çatdırılmasını təhlükəsiz, sürətli və fasiləsiz həyata keçirir. Bu zaman müştərilər proqram təminatını mütəmadi yeniləyərkən Avropada və ABŞ-da yerləşən serverlərdən deyil, məhz Azərbaycandakı xüsusi təhlükəsizlik tələblərinə cavab verən və Microsoftun Data Mərkəzləri ilə sinxronlaşdırılan serverlərdən daha sürətli əldə edə biləcəklər.

“AzerTelecom” şirkəti Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi “Bakcell”in törəmə müəssisəsidir və 2008-ci ildə təsis edilib. Şirkət hazırda 
Azərbaycanın sahib olduğu Enerji və Nəqliyyat Mərkəzi statuslarına əlavə olaraq ölkənin Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital Hub” proqramını icra
edir. “Digital Hub” proqramının məqsədi ölkəni Qafqaz, MDB, Orta və Cənubi Asiya, Yaxın Şərq və ətraf regionlar üçün Rəqəmsal Mərkəzə çevirməkdir. Proqramın reallaşması
Milli IT və Milli İnnovasiya strategiyası üçün təməl yaradır və rəqəmsallaşmanın sürətlənməsinə, rəqəmsal iqtisadiyyata çevik transformasiyaya, start-apların,İT arxitekturasının
inkişafına töhfə verəcəkdir.

Microsoft (Nasdaq “MSFT” @microsoft) intellektual bulud və ağıllı texnologiyalar erasında rəqəmsal transformasiya üçün şərait yaradır. Onun missiyası daha böyük nailiyyətlər
üçün hər bir insanın və hər bir təşkilatın imkanlarını genişləndirməkdir.

 

“Xalq qəzeti”

23 2019 17:07 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə