Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Banklar Assosiasiyasının Ekspert Qrupunun iclası keçirilib

Azərbaycan Banklar Assosiasiyasının Ekspert Qrupunun iclası keçirilib

Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdindəki “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilib.

ABA-nın məlumatına görə, iclasda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında” və “Kredit büroları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsinə dair qanun layihəsi müzakirə olunub.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 4 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

 

 V.BAYRAMOV,
“Xalq qəzeti”

23 2019 16:58 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə