Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bir qrup əlill “Duzdağ” Fizioterapiya mərkəzinə yola salınıb

Bir qrup əlill “Duzdağ” Fizioterapiya mərkəzinə yola salınıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlillərdən bir qrup  Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Naxçıvan Muxtar Respublikasındakı “Duzdağ” Fizioterapiya mərkəzinə yola salınıb.

Əlilllərlə bağlı həyata keçirilən tədbirlərin bir istiqaməti də onların sağlamlıqlarının bərpasına yönəlib. Bu  istiqamətdə aparılan işlər çərçivəsində nazirlik tərəfindən əliliyi olanların xəstəlikləri nəzərə alınmaqla müvafiq müalicə müəssisələrində müalicə kursu keçmələri də təşkil olunur. “Duzdağ” Fizioterapiya mərkəzinə göndərilən şəxslərin xəstəliklərinin müalicəsi üçün həmin Fizioterapiya mərkəzində təbii resurslardan istifadə edilməklə səmərəli fizioterapevtik müalicə prosedurları tətbiq olunur.   

Yola salınan əlillər onların sosial müdafiəsinin gücləndirilməsi, eyni zamanda, tibbi-sosial reabilitasiyası, sağlamlıqlarının bərpası üçün aparılan işlərə görə minnətdarlıqlarını ifadə ediblər.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

23 2019 15:19 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə