Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ürək astması insanı bir anda öldürə bilər

Ürək astması insanı bir anda öldürə bilər

Ürək astması ürəyə bağlı tənəffüs çatışmamazlığı, boğulmadır. Əgər vaxtında tibbi yardım göstərilməsə, xəstə ölə bilər. 

Xəstəlik sağ mədəcik çatışmazlığında olur. Kiçik qan dövranında durğunluq yaranır, qan plazması ağciyərlərin toxumasına və bronxlara keçir, ağciyərlər şişir və boğulma başlayır.

Ürək astmasının səbəbləri bunlardır: – mirtal stenoz,– ürəyin işemik xəstəliyi, – infarkt,– anevrizma, – qlomerulonefrit,– kardioskeroz, –  aritmiya,– ürək –klapanı yetməzliyi, – damarlarda qan kütləsinin artması,– ürək çatışmazlığı

Simptomları daha çox gecə vaxtı, uzandıqda, yatmağa hazırlaşdıqda tutur:–boğulma,– quru öskürək, – dərinin avazıması,– barmaqlar, burun ətrafı, ağzın göyərməsi, – tərləmə, – ağciyərlərdə xışıltı, – bronxospazm.

Belə əlamətlər bronxial astma ilə oxşar olduğundan diaqnoz qoyulmasında çətinlik yaradır və əlavə müaynələrə ehtiyac olur

Diaqnoz kardioloq və ağciyərlər üzrə mütəxəssis tərəfindən qoyulur. 

Müalicə üçün: tutmalar zamanı nifedipin və ya nitroqliserin dil altına qoyulur, oksigen inhalyasiyası olunur, ürək qlükozidləri yeridilir. 

Müalicəsi tam mümkün olmasa da, dərmanlar vasitəsi ilə tutmaları azaltmaq və ümumi vəziyyəti stabil saxlamaq olar.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

23 2019 15:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə