Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qara yemişan ürəyə çox faydalıdır

Qara yemişan ürəyə çox faydalıdır

Yaş artdıqca ürəkdə problemlər əmələ gəlməyə başlayır, əsasən də tez-tez döyünmələr, təzyiqin artması və ürəkdə səyrimələr baş verir. Bütün bunlar ürək əzələsinin zəifləməsinə və ürəyin torba şəklini almasına səbəb olur. Bu zaman mütəmadi istifadə oluna biləcək olduqca faydalı bir bitkini xatırlayaq.

Yemişan meyvəsinin dəmləməsi təzyiqi aşağı salır, ürəyin zərbə qüvvəsini artırır, ürəyin oksigenə olan tələbatını və ürək vurğularının sayını azaldır. Onu da qeyd edək ki, yemişanın vitamin və minerallarla zəngin tərkibi orqanizmin xəstəliklərə qarşı müqavimətini artırır, immuniteti gücləndirir. Yemişan ürək ritmlərinin pozulması zamanı da çox faydalıdır, yemişan qan durulducudur ürəyinə stend qoymuş insanlar uzun zaman həm qan durulducu kimi, həm də təzyiq salıcı kimi uzun müddət istifadə edə bilərlər.

Ürəyində stend qoydurmuş insanlara deyə bilərik ki, oktyabr ayının sonlarından başlayaraq yemişan yetişməyə başlayır, hətta bazarların demək olar hamısında kiloqram ilə satılır, yemişandan 3--5 kiloqram alıb sirkəsini hazırlayın, yemişan sirkəsi də üzüm və ya alma sirkəsi kimi hazırlanılır. Yemişan sirkəsindən gündə 2 dəfə yeməkdən 2 saat sonra 1 xörək qaşığı 1 stəkan suya qarışdırıb içmək lazımdır. Uzun müddətə içmək olar heç bir əks təsiri yoxdur, yalnız mədəsində problem olan şəxslər ehtiyyatlı olmalıdırlar, ya da gündə 3 dəfə yeməkdən 2 saat sonra 1 çay qaşığı 1 stəkan suya qarışdırıb içə bilərlər.  Yemişan dəmləməsi həm də çox yaxşı əsəbsakitləşdiricidir. Qeyd edək ki, müalicəvi yemişan qara yemişandır.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

23 2019 15:03 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə