Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli Gimnastika Arenasında idman gimnastikası üzrə yarışlar davam edir

Milli Gimnastika Arenasında idman gimnastikası üzrə yarışlar davam edir

XV Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində Milli Gimnastika Arenasında idman gimnastikası üzrə yarışlar davam edir.

İdman gimnastikası yarışlarının ilk günündə kişi gimnastlarımız mübarizə aparırlar. Onlar müxtəlif hərəkətlər və çoxnövçülükdə yarışırlar.

Yarışda Azərbaycanı 4 gimnast – Səməd Məmmədli, Ağakazım Rüstəmov, Mənsum Səfərov və Milana Minakovskaya təmsil edirlər.

Azərbaycanın gənclərdən ibarət İidman gimnastikası üzrə milli komandasının məşqçisi Gennadiy Kotelnikov "EYOF Bakı-2019"da çıxışları şərh edərkən bildirib ki, gimnastlarımız yaxşı çıxış etdilər, böyük səhvlər olmadı, əsas da budur: "Yarışlardan öncə müəyyən iş görülmüşdü və nəyi planlaşdırmışdıqsa, hamısını etdik. Bəzi xırda nüanslar var ki, onların üzərində yenə işləməliyik. Ümid edirik ki, finala çıxacağıq və orada hələ göstərmədiklərimizi nümayiş etdirəcəyik".

G.Kotelnikovun sözlərinə görə, yarışlarda güclü idmançılar yarışır: "Bu yarışlarda Avropanın ən yaxşı idmançıları iştirak edir, ona görə də bizim işimzin nəticəsi aydın görünəcək".

Qeyd edək ki, festivalda Avropanın 48 ölkəsindən 3900 atlet iştirak edir. İdmançılar 135 dəst medal uğrunda güclərini sınayırlar. Mükafatçılar üçün ümumilikdə 930 medal hazırlanıb. Medalların 300-ü qızıl, 300-ü gümüş, 330-u isə bürüncdür.

 

“Xalq qəzeti”

23 2019 14:57 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə