Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Respublikanın çaylarında mövcud vəziyyət

Respublikanın çaylarında mövcud vəziyyət

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normadan çox olmaqla normanın 130 faizini, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan az və normaya yaxın olmaqla olmaqla 40-80 faizini, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normaya yaxın və normadan çox olmaqla  90-120 faizini təşkil edir.

Departamentin məlumatında bildirilir ki, iyulun 22-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 22 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 97 m3/s olmaqla ongünlük normanın 63 faizini təşkil edir.

İyulun 22-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 46 kubmetrdir (ongünlük normanın 52 faizi).

İyulun 22-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik  müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayaraq 315 sm təşkil edib. Bu rəqəm 2018-ci il iyulun 22-də isə 322 sm olub. Bankə məntəqəsində suyun səviyyəsi 3 sm azalaraq 160 sm olub və bu göstərici 2018-ci il iyulun 22-də 187 sm qeydə alınıb.

 

Samirə Əliyeva,
“Xalq qəzeti”

23 2019 11:43 - EKOLOGİYA
EKOLOGİYA

Köhnə versiyamızdan xəbərləri izlə