Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“AZƏRBAYCAN MELİORASİYA VƏ SU TƏSƏRRÜFATI” ASC aşağıdakı obyektlərin tikintisi üçün AÇIQ TENDER ELAN EDİR

“AZƏRBAYCAN MELİORASİYA VƏ SU TƏSƏRRÜFATI” ASC aşağıdakı obyektlərin tikintisi üçün AÇIQ TENDER ELAN EDİR

1. Ağcabədi rayonunda yaradılan aqroparkın 850 hektar əkin sahəsinin suvarma suyu ilə təmin edilməsi.
2. Ağcabədi rayonu ərazisində 2500 hektar əkin sahəsi olan təsərrüfatın suvarma suyu ilə təmin edilməsi.
Tender iştirakçılarına təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun yuxarıda göstərilən tender predmeti üzrə təkliflərini möhürlənib imzalanmış və ikiqat bağlamaqla yazılı surətdə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsi zamanı aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
- aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, iddiaçıların analoji obyektlərin tikintisində böyük təcrübəsi, maliyyə vəziyyəti və bu sahə üzrə təcrübəli mütəxəssislərin olması.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar. Tenderlə əlaqədar məlumat almaq üçün maraqlananlar aşağıdakı ünvana müraciət edə bilərlər:
Ünvan – Bakı şəhəri, Moskva prospekti 69a,
Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti
Telefon – 431-08-64; Faks 430-79-57.
Potensial imkanları olan iddiaçılar tenderin əsas şərtlər toplusunun tam dəstini yuxarıda qeyd olunan ünvandan ala bilərlər. İştirak haqqı hər bir obyekt üçün 200 manatdır.
İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər:
Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti
VÖEN – 1300300711,
H/h – AZ 10 IBAZ 380700194497 16100216,
“Azərbaycan Beynəlxalq Bankı”nın Yasamal filialı
M/h – AZ03NABZ01350100000000002944,
VÖEN– 9900001881,
SWIFT – IBAZAZ2Х (AZIPS-in üzvü)
İşrirak haqqı geri qaytarılmır.
İştirakçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin tender komissiyasına yazılı müraciət;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması barədə vergi orqanından arayış;
- iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- iddiaçının son beş ildəki maliyyə vəziyyəti barədə bank arayışı;
- iddiaçının tam adı, hüquqı statusu, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri;
- işləri yerinə yetirmək üçün tələb olunan potensial imkanları və maşın-mexanizmləri haqqında məlumat;
- tender təklifinin qüvvədə olma müddəti zərflərin açıldığı gündən sonra 30 bank günüdür;
- tender təklifinin təminatı ümumi təklifin 1 faizi həcmində olmalıdır və zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır;
İddiaçılar ixtisas uyğunluğu haqqında tələb olunan sənədləri 20 avqust 2019-cu il saat 17.00-а qədər təqdim etməlidirlər.
İddiaçılar tender təklifini isə tenderin əsas şərtlər toplusunun tələbinə uyğun olaraq hazırlayıb 2 nüsxədə (əsli və surəti ) imzalanıb möhürlənmiş, ikiqat zərfdə 5 sentyabr 2019-cu il saat 17.00-а qədər yuxarıda göstərilən ünvana təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
Təklif zərfləri 6 sentyabr 2019-cu il saat 16.00-dа Bakı şəhəri, Hökumət evi, V mərtəbədə, 514 nömrəli otaqda açılacaqdır .
İddiaçıların səlahiyyətli nümayəndələri zərflərin açılışı prosedurunda iştirak edə bilərlər.

 

Tender komissiyası

21 2019 11:26 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
17 Avqust 2019 | 02:26
B İ L D İ R İ Ş
16 Avqust 2019 | 12:34
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə