Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kondisioner idxalı 1,9 dəfə artıb

Kondisioner idxalı 1,9 dəfə artıb

Bu ilin yanvar-may aylarında Azərbaycana kondisioner idxalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,9 dəfə artıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən dövrdə ölkəyə 94 min 238 kondisioner idxal edilib. Ölkəyə gətirilmiş kondisionerlərin dəyəri isə 22 milyon 361,9 min ABŞ dolları olub.

Beş ayda 29 milyon 743,2 min dollarlıq 1953 ədəd hesablama maşını, blok və qurğusu idxal olunub. Bundan başqa, qeyd olunan dövrdə 72 min 153 paltaryuyan maşın idxal edilib. Bu idxalın dəyəri 14 milyon 522,8 min dollar təşkil edib.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

22 2019 17:07 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə