Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yarım ildə Azərbaycana 185 ölkədən 1,4 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib

Yarım ildə Azərbaycana 185 ölkədən 1,4 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib

Yanvar-iyun aylarında Azərbaycana 185 ölkədən 1 milyon 410,7 min və ya ötən ilin eyni ayları ilə müqayisədə 6,5 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, gələnlərin 29,4 faizi Rusiya, 24,3 faizi Gürcüstan, 10,5 faizi Türkiyə, 7,5 faizi İran, 2,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,4 faizi Səudiyyə Ərəbistanı, hər birindən 1,9 faiz olmaqla Ukrayna və Hindistan, 1,5 faizi Türkmənistan, hər birindən 1,4 faiz olmaqla Böyük Britaniya, Qazaxıstan və İraq, 1,3 faizi Pakistan, 12,4 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 68 faizini kişilər, 32 faizini isə qadınlar təşkil edib.

Altı ayda ölkəmizə gələnlərin sayında daha çox artım Misir (83,1 faiz), Türkmənistan (81 faiz), Hindistan (80,3 faiz), Çin (77,1 faiz), Səudiyyə Ərəbistanı (76,7 faiz), Macarıstan (52,4 faiz), Böyük Britaniya (35,7 faiz), Kanada (30,8 faiz), Koreya Respublikası (29,5 faiz), Almaniya (27,2 faiz), Yaponiya (24,6 faiz), Pakistan (24,4 faiz), Gürcüstan (22,8 faiz) və Polşa (20,2 faiz) vətəndaşları arasında qeydə alınıb.

Yarım ildə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 24,3 faiz artaraq 66,5 min nəfər, MDB ölkələrindən gələnlərin sayı isə 5 faiz artaraq 502,5 min nəfər olub.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

22 2019 17:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə