Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Gənc Heydərçilər” hərbi-vətənpərvərlik təmayüllü yay istirahət düşərgəsi davam edir

“Gənc Heydərçilər” hərbi-vətənpərvərlik təmayüllü yay istirahət düşərgəsi davam edir

Müdafiə Nazirliyi və Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən gənclərin sağlam ruhda böyüməsi, idmana marağının artırılması və hərbi-vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi məqsədilə təşkil olunan “Gənc Heydərçilər” hərbi-vətənpərvərlik təmayüllü yay istirahət düşərgəsi davam edir.  Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Düşərgəyə təhsildə və idmanda fərqlənən, xüsusi istedadlı yeniyetmələr, həmçinin şəhid olmuş, eləcə də ön xətdə xidmət edən hərbi qulluqçuların övladları göndərilib.

Yeniyetmələr burada təşkil olunan yarışlarda, müsabiqələrdə iştirak etməklə yanaşı, hərbi hissədə əsgərlərin gündəlik həyatı və məişət şəraiti, eləcə də müxtəlif silah və texnika ilə tanış olurlar.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

22 2019 16:51 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Oktyabr 2019 | 22:11
“İstiqlaldan hürriyətə”

Köhnə versiyamızdan xəbərləri izlə