Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Neftin qiyməti artmağa başlayıb

Neftin qiyməti artmağa başlayıb

Dünya bazarında “qara qızıl”ın qiyməti artmağa başlayıb. Londonun “İCE” Birjasının məlumatına görə, “Brent” markalı neftin qiyməti 2,64  faiz artaraq bir bareli 63,70 dollar olub. Nyu-York Əmtəə Birjasının məlumatına görə, Texas sortu adlandırılan ABŞ-ın “WTI” markalı neftinin qiyməti 0,77 faiz artaraq bir bareli 56,06, Azərbaycanın AzeriLight” markalı neftinin qiyməti 2,7 faiz artaraq bir bareli 65,21 dollar olub.

Ekspertlər bildiriblər ki, dünya bazarında “qara qızıl”ın qiymətinin artmasına səbəb Yaxın Şərqdə yaranmış gərgin vəziyyətlə bağlıdır.

Qeyd edək ki, ötən həftə “Brent” markalı neftin qiyməti  6,4 faiz, “WTI”  markalı neftin qiyməti 7,6 faiz, AzeriLight” markalı neftin qiyməti 6,0 faiz aşağı düşmüşdü.

Ekspertlər bildiriblər ki, ötən həftə dünya bazarında “qara qızıl”ın qiymətinin ucuzlaşması qlobal iqtisadi inkişafın  tempinin aşağı düşməsi ilə əlaqədar idi.

 

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”  

22 2019 16:24 - İQTİSADİYYAT
İQTİSADİYYAT
7 Oktyabr 2019 | 15:46
Neftdən nə xəbər?!
5 Oktyabr 2019 | 16:45
Həftəsonu neftin qiyməti

Köhnə versiyamızdan xəbərləri izlə