Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İyulun 22-də gözlənilən hava şəraiti haqqında məlumat

İyulun 22-də gözlənilən hava şəraiti haqqında məlumat

Bakıda və Abşeron yarımadasında

Günəşli. Şimal-şərq küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu  gecə 21-25° isti, gündüz  30-35° isti,

Bakıda gecə 23-25° isti, gündüz  33-35°  isti  təşkil edəcək.

Atmosfer  təzyiqi normadan aşağı 756 mm civə sütunu təşkil edəcək.  

Nisbi rütubət  gecə 50-60 %, gündüz 35-40 %  olacaq.  

Abşeron çimərliklərində gözlənilən  hava şəraiti

Şimal-şərq küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu: 

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24° isti,

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti təşkil edəcək. 

Azərbaycanın rayonlarında

Əsasən yağmursuz. Lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz  34-39°, bəzi yerlərdə 41° isti, dağlarda gecə 15-20° isti,  gündüz  24-29°  isti təşkil edəcək.

22 2019 16:19 - EKOLOGİYA
EKOLOGİYA

Köhnə versiyamızdan xəbərləri izlə