Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Paytaxtın yeni təmizlik konsepsiyasının ilk nəticələri uğurludur

Paytaxtın yeni təmizlik konsepsiyasının ilk nəticələri uğurludur

Xəbər verildiyi kimi, iyul ayının 10-dan Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti paytaxtın Nərimanov rayonunda Böyük Britaniyanın “Mott MacDonald” şirkəti ilə birgə hazırlanmış yeni pilot layihənin - bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi konsepsiyasının  icrasına başlayıb.

“Mott MacDonald” şirkətinın nümayəndəsi Artur Guasti  Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Monitorinq Mərkəzində ictimaiyyət və mətbuat nümayəndələrinə konsepsiya çərçivəsində indiyədək görülən və nəzərdə tutulan işlər barədə ətraflı məlumat verib, sualları cavablandırıb. O bildirib ki, hazırlıq tədbirlərinin və sakinlərlə maarifləndirmə işlərinin yüksək səviyyədə aparılması nəticəsində layihənin icrasının birinci həftəsinin nəticələri çox uğurlu olub. Kiçik, çox da vacib olmayan problemlər operativ şəkildə  aradan qaldırılır.

Hər gün “Təmiz şəhər” ASC-də gətirilən tullantıların tərkibi və çəkisi araşdırılır, məlumat bazasına əlavə edilir.  Konteynerlər gündəlik yoxlanılır, onların yerləşmə strukturunda optimal variant tapılır. Nəticələrin dəqiqləşdirilməsi üçün tullantıların kompozisiyası təkrar araşdırılır və bu göstəricilərin hər 2--3 aydan bir yenilənməsi nəzərdə tutulub.

Artur Guasti  sonda analoji layihə üzrə bir sıra ölkələrdə, o cümlədən Rusiya və Türkiyədə olduğundan yüksək nəticə əldə olunduğunu söyləmiş, Bakının yeni təmizlik konsepsiyasının uğurla gerçəkləşdiriləcəyini vurğulamışdır. “Mott MacDonald” şirkətinın nümayəndəsi layiənin uğurla həyata keçirilməsində fəal ştirak edənlərə və ilk növbədə, Nərimanov rayonu sakinlərinə təşəkkürünü bildirmişdir.

 

R.TAHİR,
“Xalq qəzeti”

22 2019 15:14 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə