Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Duz mədə şirəsini artırır

Duz mədə şirəsini artırır

Süfrədə həmişə duzdan istifadə olunur, amma bəzən duzun çoxluğu orqanizmə ziyan vurduğu üçün tərəddüd içində qalırıq. Sizə tövsiyə etdiyim reseptlər əsasında hazırlanmış duzdan istifadə etsəniz, yeməkləriniz həm dadlı olacaq, həm də faydalı.

1. Qarazirə meyvəsi əvvəlcə yaxşı-yaxşı qurudulur və qəhvəüyüdəndə üyüdülür, bərabər miqdarda xörək duzu ilə qarışdırılır.

2. Cirə və ya zirə toxumu yenə də qəhvəüyüdəndə üyüdülür, bərabər miqdarda duz ilə qarışdırılır.

Bu duzları salatlarda, xörəklərdə, ümumiyyətlə, duzun işləndiyi bütün yerlərdə istifadə edə bilərsiniz. Onu da nəzərinizə çatdırım ki, həm də çox ləzzətli olur.

Peyğəmbərimiz (səlləlləhu aleyhi vəsalləm) duz haqqına belə yazmışdır: “yeməkdən əvvəl və sonra ağzınıza 1 çimdik duz alın. Yeməkdən əvvəl ağıza alınmış duz mədə şirəsini artırır və qidanın yaxşı həzm olunmasına şərait yaradır“ Yeməkdən sora ağıza atılmış bir çimdik duz isə ağızı sulandırır, mədə, mədəaltı vəz və öd ifrazını artırdığından yediyimiz yeməklər daha yaxşı həzm olunur və köp yaratmır.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti"

22 2019 11:43 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə