Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hörmüz boğazında Britaniya tankeri saxlanılıb

Hörmüz boğazında Britaniya tankeri saxlanılıb

Rusiyanın “Komsomolskaya pravda” Federal buraxılışının müxbiri yazır ki, dünən İranın İslam İnqilabı Keşikçiləri Korpusu “Stena İmpero” adlı Britaniya neft tankerini saxlaması ilə bağlı bəyanat verib. Twitterə məxsus Press TV-də bildirdiyinə görə, bu, Hörmüz boğazında baş verib.

İran tərəfin məlumatında deyilir ki, gəmi beynəlxalq qaydaları pozub. Tankerə naməlum gəmilər və vertolyot yaxınlaşandan sonra belə ekipaj rabitəyə girməyib. Bildirildiyinə görə, gəmidə 23 dənizçi var. Hələlik onların vətəndaşlığı məlum deyil. Aralarında zərərçəkənlər yoxdur.

Britaniyanın Müdafiə nazirliyi insidentə reaksiya verib və vəziyyəti aydınlaşdırır.  

Xatırladaq ki, iyulun 4-də Cəbəllütariq boğazında İranın xam neft daşıyan “Grace 1” neft tankeri saxlanılmışdı. Yerli hökumət bunu gəminin neft embarqosunu pozması ilə ozah etmişdi. Tehran onun tankerinin nahaqdan saxlanılmasını cavabsız qoymayacağını vəd etmişdi. İyulun 18-də isə İran tərəfindən bortunda 12 ekipaj üzvü olan bir xarici tankeri də həbs edilmişdi. London həmin gəminin Böyük Britaniyaya məxsus olduğunu inkar etmişdi.  

Məhkəmə tankerin saxlanma müddətini avqustun 15-ə qədər uzadıb.

 

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”

20 2019 14:54 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə