Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanlı şagirdlər "Quiz Mania" beynəlxalq bilik yarışmasında təmsil olunacaq

Azərbaycanlı şagirdlər

Bakıda ilk dəfə Nepal Dövlətinin  təşkilatçılığı ilə “Quiz Mania” adlı beynəlxalq  bilik yarışması təşkil olunub. Yarışmanın Milli seçimlərini həyata keçirmək üçün Nepalın  məşhur siması, 200-dən artıq filmdə rol alan Rajesh Hamal və Nepalın Akkretiv Media şirkətinin prezidenti, Quiz Mania Beynəlxalq bilik yarışmasının rəhbəri  Hari Pokhrel ilk dəfə Azərbaycana gəlib. Tədbirdə eyni zamanda Gənclər və İdman Nazirliyi və Mədəniyyət Nazirliyinin nümayəndələri də iştirak ediblər. 

Tədbirin rəsmi hissəsində  beynəlxalq yarışmanın ölkə üzrə koordinatorları  İlkin Əliyev və Məhbubə Musayeva qonaqlara yarışmanını formatı və mədəni hissə ilə bağlı dolğun məlumat  veriblər. Daha sonra Rajesh Hamal qonaqları salamlayıb və Azərbaycanın da bu beynəlxalq bilik yarışmasına qatılmasından məmnunluğunu bildirib, Bakıya ilk dəfə gələn Hamal Bakını çox sevdiyini və mütləq təkrar gələcəyini vurğulayıb.  

Qeyd etmək lazımdır ki, yarışma artıq 7 ildir ki, ənənəvi olaraq müxtəlif dövlətlərin iştirakı ilə həyata keçirilir.Bu il müxtəlif kontinentlərdən ibarət  30-a yaxın ölkə avqustun 12-22 aralığında Nepalın Katmandu şəhərində baş tutacaq yarışda iştirak edəcək. 

Milli seçimlərin ilk turunda  9 məktəbdən 12 komanda final turuna çıxmaq üçün yazılı imtahan verib,  yazılı imtahanla paralel şəkildə tədbirin mədəni hissəsi baş tutub, mədəni hissədə Azərbaycanın xalq mahnıları, muğamı, milli rəqsləri nepallı  qonaqlara nümayiş etdirilib. 

Yarışmanın final mərhələsində 3 komanda yarışıb və yekunda  Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin şagirdləri birinci yeri tutub və avqustun 12-22 aralığında Nepalda keçiriləcək beynəlxalq turda iştirak haqqı qazanıblar. 

Tədbirin sonunda Layihənin rəhbəri Hari Pokhrel tədbiri yüksək səviyyədə təşkil etdikləri üçün Azərbaycan üzrə koordinatorlara öz təşəkkürünü bildirib və onlara Nepaldan gətirdikləri xüsusi hədiyyə və mükafatı təqdim edib. Hari Pokhrel qeyd edib ki, beynəlxalq müsabiqədə Azərbaycanı hər il görməkdən məmnun olacaq. Təşkilatçı SuperStar Rajesh Hamal qalib komandanı təbrik edib və yarışda iştirak edən hər bir komanda üzvünə sertifikatlar təqdim edib. 


Əfsanə BAYRAMQIZI,
"Xalq qəzeti"

20 2019 12:32 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Avqust 2019 | 14:02
UEFA reytinqi

Köhnə versiyamızdan xəbərləri izlə