Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zərərli qidaları bədəndən xaric edir, qanı təmizləyir...

Zərərli qidaları bədəndən xaric edir, qanı təmizləyir...

Dadlı, sulu və tərkibi vitaminlərlə zəngin gilas yayın ən sevimli meyvələrindəndir. Gilas meyvələri immuniteti artırmaq və orqanizmi zəhərli maddələrdən təmizləmək xüsusiyyətinə malikdir. Öd kisəsində olan daşların parçalanıb tökülməsində gilasın tərkibində olan turşu birləşmələrinin böyük rolu var.

Medicina.az-ın məlumatına görə, orqanizmdə olan artıq mayeni, zərərli qidaları bədəndən xaric edir, qanı təmizləyir və bunun nəticəsində arıqlamağa kömək edir. Hisə verilmiş qidaların qəbulundan sonra bir ovuc gilas yeyilməsi qidanın zərərli maddələrinin xaric olmasına səbəb olur.  Məhz həmin xüsusiyyətlərinə görə gilas "qaraciyərin dostu" sayılır.

Qəbizlik və öskürək zamanı da gilas çox faydalıdır. Arıqlamaq istəyənlərə onun meyvələri ilə qidalanmaq məsləhət görülür. Gilas ağacının qabığının dəmləməsi qızdırmanı aşağı salır. Meyvənin saplağını dəmləyib içmək sidikqovucu kimi müsbət təsir göstərir.

Qırmızı gilasın suyunun üz və boyun nahiyəsinə sürtülməsi dəridə olan qırışları açır və dərinin rəngi təmizlənir, təravətlənir. 

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

20 2019 12:04 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə