Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan hərbçiləri Beynəlxalq Ordu Oyunları-2019-da iştirak edəcək

Azərbaycan hərbçiləri Beynəlxalq Ordu Oyunları-2019-da iştirak edəcək

Azərbaycan hərbçiləri avqustun 3-dən 17-dək 10 dövlətin ərazisində keçiriləcək “Beynəlxalq Ordu Oyunları-2019” yarışlarında ölkəmizi təmsil edəcəklər. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Azərbaycan hərbçiləri ölkəmizdə “Dəniz kuboku”, Rusiyada “Tank biatlonu” və “Səhra mətbəxi”, Qazaxıstanda “Artilleriya atəşinin ustaları”, Belarusda “Snayper həddi” və Özbəkistanda təşkil olunacaq “Hərbi-tibbi estafet” müsabiqələrində iştirak edəcək.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

20 2019 11:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə