Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan zabiti Çin Hərbi Akademiyasını qızıl medalla bitirib

Azərbaycan zabiti Çin Hərbi Akademiyasını qızıl medalla  bitirib

Çinin Nankin şəhərində yerləşən Çin Xalq Azadlıq Ordusunun Quru Qoşunları Akademiyasının “Komanda-Qərargah Kursu”nun növbəti buraxılış mərasimi keçirilib. Azərbaycan Ordusunun zabiti mayor İftixar Cəfərov akademiyanı fərqlənmə ilə bitirərək qırmızı diplom və qızıl medal alıb. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Akademiyanın Ali İmtahan Komissiyasının qərarı ilə ona “Hərb elmləri, hərbi idarəetmə ixtisası üzrə magistr” dərəcəsi verilib.

Qeyd edək ki, bu il ali hərbi təhsil müəssisəsində 67 ölkədən 165 xarici hərbi qulluqçu təhsil alıb. Akademiyanı bitirmiş məzunlar arasında qırmızı diplom və qızıl medal yalnız Azərbaycan Ordusunun zabiti mayor İ.Cəfərova verilib.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

20 2019 10:56 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə