Warning: Cannot modify header information - headers already sent by (output started at /var/www/xalqqazeti/public_html/xalqqazeti.com/index.php:133) in /var/www/xalqqazeti/public_html/xalqqazeti.com/index.php on line 133
Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin “İçərişəhər” Muzey Mərkəzi Lot- 1. 2019-cu il sentyabrın 27-si və oktyabrın 3-də İslam Əməkdaşlığı Təşkilatının İslam tarixi incəsənəti və mədəniyyəti üzrə Araşdırma Mərkəzi (İRCİCA) ilə Bakıda Beynəlxalq “Sənətkarlıq fəaliyyətdə” festivalının və İRCİCA-nın “İslam dünyasında incəsənət və sənətkarlıq perspektivləri” mövzusunda Bakı Beynəlxalq Konqresinin keçirilməsinin satın alması üçün AÇIQ TENDER ELAN EDİR

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin “İçərişəhər” Muzey Mərkəzi  Lot- 1. 2019-cu il sentyabrın 27-si və oktyabrın 3-də İslam Əməkdaşlığı Təşkilatının İslam tarixi incəsənəti və mədəniyyəti üzrə Araşdırma Mərkəzi (İRCİCA) ilə Bakıda Beynəlxalq “Sənətkarlıq fəaliyyətdə” festivalının və İRCİCA-nın “İslam dünyasında incəsənət və sənətkarlıq perspektivləri” mövzusunda Bakı Beynəlxalq Konqresinin keçirilməsinin satın alması üçün  AÇIQ TENDER ELAN EDİR
Tender iştirakçılarına təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər 250 manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin “İçərişəhər” Muzey Mərkəzindən Bakı şəhəri, Böyük Qala küçəsi 41 nömrəli (əlaqələndirici şəxs Səbinə Bağırovadan, telefon -(012) 492-29-10) ünvandan ala bilərlər.
Hh - AZ81IBAZ38090019446242419204
VÖEN - 1702532651
Bank - ABB-nin Mərkəz filial
Kod - 805722
VÖEN - 9900001881
M/h -AZ03NABZ01350100000000002944
S.W.İ.F.T IBAZAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tenderdə iştirak etmək üçün yazılı müraciət;
-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
-tender təklifi dəyərinin 1faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış; 
-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi,qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
-digər sənədlər.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 21 avqust 2019-cu il saat 16.30-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 28 avqust 2019-cu il saat 17.00-a qədər “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin “İçərişəhər” Muzey Mərkəzinə Bakı şəhəri, Böyük Qala küçəsi 41 nömrəli ünvana təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri 29 avqust 2019-cu il saat 11.00-da “İçərişəhər” Muzey Mərkəzi, Bakı şəhəri, Böyük Qala küçəsi 41 nömrəli ünvanda açılacaqdır.
 
 
Tender komissiyası
20 2019 02:36 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
10 Dekabr 2019 | 01:52
B i l d i r i ş

Köhnə versiyamızdan xəbərləri izlə