Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiya Antarktidada yeni raket sınağı keçirib

Rusiya Antarktidada yeni raket sınağı keçirib

Rusiya ilk dəfə Antarktidada ən müasir hava raket sistemi olan “Tor-M2DT”ni sınaqdan keçirib. Bu barədə Rusiya Müdafiə Nazirliyinə istinadən TASS məlumat yayıb.

Məlumatda bildirilir ki, rus hərbçilər “Tor-M2DT” raket sistemlərini Antarktidanın cənub sahillərində sınaqdan keçiriblər. Fərqli yüksəklikdə uçan dronları hədəfə alan raket sistemləri sınaqdan uğurla keçib.
Müdafiə Nazirliyinin Antarktidada həyata keçirdiyi sınaqlarla bağlı məlumatında deyilir: “Sınaqların burada keçirilməsinin səbəbi bu sistemlərin hər cür şərtlərdə işlədiyini görməkdir. Fərqli hava şərtlərində raketlər hədəfi vurdu. Hədəflər fərqli yüksəklikdə, bəziləri buludların arxasında idi. Amma bütün hədəflər uğurla məhv edildi”.
Qeyd edilir ki, “Tor-M2DT” avtomobilləri Antarktidaya xüsusi gəmilərlə gətirilib.
Qərb mediası rusların bu həmləsinin arxasında duran iddiaları şərh edib. Qərb mediasına görə, bu şəkildə hərbi cəhdlərin edilməsinin arxasında Rusiya lideri Putinin Antarktidada enerjiyə sahib olmaq məqsədi dayanır.
Xatırladaq ki, Rusiyanın ötən ilin mayında təqdim etdiyi “Tor-M2DT” sistemləri təyyarə, dron və raket kimi hərbi hədəfləri məhv etmək məqsədilə hazırlanıb.

 

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

19 2019 22:28 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə