Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan aliminin Cənubi Koreyada böyük nailiyyətləri

Azərbaycan aliminin Cənubi Koreyada böyük nailiyyətləri

Azərbaycan Respublikası Əqli Mülkiyyət Ağentliyi, Ümumdünya İntellektual İxtiralar təşkilatı, Koreya Qadınlar İxtiraçıları Assosasiyası və Koreya İntellektual İxtiraçılar Mərkəzi 2019-cu ilin 18-26 iyun tarixində Ümumdünya İntellektual Qadınların Sərgisini, müsabiqəsi və innovasiya inkişaf mərhələsinin dərəcəsinin alınmasına aid alınan ixtiraların nəticələrinin müsabiqəsini keçirmişdir.

Azərbaycanlı akademik Məhbubə Vəliyeva bu sərgidə ölkəmizi layiqincə təmsil etmiş və Azərbaycana: 2 qızıl, 1 gümüş, 2 bürünc medal və həmin təşkilatlarının birgə təsis etdiyi yüksək səviyyəli Spesial mükafatı “Spesial Prize” diplomunu  gətirmişdir. Spesial prizi ona 1 ixtirada 36 növ dərman formasının qeyd olunması və həmin dərman preparatlarının hal-hazırda sənaye şəklində istehsal olunmasına görə verilmişdir. “Biyan Products” MMC tərəfindən həmin ixtiraya əlavə qızıl medal verilmişdir.İstehsal olunun iltihabəleyhinə şərbətlər “Biyan”,“Biyan Broncho”, “Biyan Qripson”, “Biyan Cardio”, “Biyan Sed”, “Biyan İmunovit”, “Biyan Uro”, “Biyan HEM”, “Biyan Polivit” sərgidə ən mükəmməl dərman vasitələri kimi bəyənilmiş və sərginin ən yüksək mükafatına qızıl medala layiq görülmüşdür.

Bu patent müsabiqədə birinci yerə və bir şox ölkələrin fəxri diplomuna layiq görülmüşdür:

1. “İltihab aktivliyinə malik vasitələrin dərman bitki xammalından alınma üsulu”.

Avroasiya patenti №028017 Patentin sahibləri: Vəliyeva Məhbubə Nəbi qızı,

Vəliyev Pərviz Mustafa oğlu

2. “Babasil əleyhinə vasitənin alınma üsulu”. Avroasiya patenti №024167 Patentin sahibləri: Heydərova Ruhəngiz Muxtar qızı,Vəliyeva Məhbubə Nəbi qızı, Vəliyev Pərviz Mustafa oğlu qızıl medala layiq görüldü, preparat isə xüsusi marağa səbəb olub ölkələr tərəfindən bir neçə diplomlarla mükafatlandırılıb.

3. Gümüş medala “Dərman bitkiləri əsasında saçların tökülməsinin əleyhinə vasitə” layiq görüldü. Avroasiya patenti №0266847 Patentin sahibləri: Vəliyeva Məhbubə Nəbi qızı, Heydərova Ruhəngiz Muxtar qızı, təbii mənşəli 5 növ vasitələr qadınların saçlarının təkülməsini müxtəlif dərəcəsində kömək edir, sağaldır. Preparatlar xüsusi marağa səbəb oldu, çox bəyənildi.

4. Bürünc medala iki ixtira layiq oldu. “Orqanizmi toksikantlardan təmizləmək üçün təbii vasitə” Avroasiya patenti №030858 Patentin sahibləri: Vəliyeva Məhbubə Nəbi qızı, Heydərova Rugəngiz Muxtar qızı, Atakişizadə Səyyədin Abdulla oğlu.

Fitopreparatların istehsalında sənayenin tullantılarından (şrotlardan) istifadə edərək ilk dəfə olaraq belə bir ixtira yaradılıb, həmin ixtirada olan vasitədən istifadə edərək müxtəlif zəhərlənmələrdən azad olmaq olar. İxtirada istifadə olan bitki tullantıları çox faydalı vasitə almaq üçün ilk dəfə tətbiq olunur.

5. “Dərman bitkiləri əsasında ağız boşluğu, boğaz, qırtlağın infeksion iltihab xəstəliklərinin müalicəsi” Avroasiya patenti № Patentin sahibləri: Heydərova Rugəngiz Muxtar qızı,Vəliyeva Məhbubə Nəbi qızı Dərman bitkiləri əsasında ağız boşluğunun xəstəliklərini müalicə etmək üçün konfet, saqqız, kapa, yaxalayıcı məhlul, gel təklif olunub, belə çeşiddə təbii vasitələr, ölkəmizin ən perspektivli bitkiləri əsasənda yaradılıb və müxtəlif ölkılır

tərəfindən mükafatlandırılıb.

Dünya miqyasda belə üstünlüyə yalnız bizim ölkənin alimi nail olub.

Yuxarıda qeyd etdiyimiz ixtiralarda istifadə olunan dərman bitkiləri ölkəmizin sərvətidir, onlarda ən geniş istifadə olunan çılpaq biyandır - glycyrrhıra glabra, Akademik Məhbubə Vəliyeva çılpaq biyan əsasında 60 Avroasiya və milli patentin sahibidir.

Akademik Məhbubə Vəliyeva Beynəlxalq Elmlər Аkademiyasının Azərbaycan Bölməsinin vitse-prezidenti, akademiki; Avropa Təbiətşünaslıq Akademiyasının akademiki; Türk Dünyası Beynəlxalq Araşdırmalar Akademiyasının akademiki, Azərbaycan Respublikasının əməkdar müəllimi, ölkəmizin ilk və yeganə qadın əczaçılıq elmləri doktoru, Azərbaycan Tibb Universitetinin əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasının müdiridir.Professor Məhbubə Nəbi qızı Vəliyeva 525 elmi işin (22 səmərələşdirici təklif, 7 monoqrafiya, 17 dərslik və dərs vəsaiti, 7 metodiki göstəriş, 14 tədris-metodiki vəsait, 28 texniki şərtin, 8 farmakopeya məqaləsinin və 60 patentin) müəllifidir.

 

Afət Sadıqoğlu,
“Xalq qəzeti”

19 2019 17:18 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə