Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ATU tələbəsi beynəlxalq konqresdə çıxış edib

ATU tələbəsi beynəlxalq konqresdə çıxış edib

Azərbaycan Tibb Universitetinin I Müalicə Profilaktika fakültəsinin IV kurs tələbəsi Hafiz Həsənov Fransanın Paris şəhərində keçirilən "Global Heart Congress"də məruzə ilə çıxış edib və sertifikatla təltif olunub.

Konqresdə kardiologiya sahəsində olan elmi kəşflər və yeni metodlar müzakirə edilib. Toplantıda Braziliya, Yaponiya, İtaliya, Amerika Birləşmiş Ştatları, Türkiyə, Bolqarıstan, Fransa, Belarus, Birləşmiş Ərəb Əmirliklərindən olan həkim və elm adamları kardiologiya sahəsinə dair yeni fikir və ideyalarını paylaşaraq müzakirələr aparıblar.

Konfrans iştirakçıları arasında gələcək elmi işlərin müştərək həyata keçirilməsi məqsədilə əməkdaşlıq əlaqələri qurulub. Konqresdə kardioreabilitasiya, kardiocərrahiyyə, kardio onkologiya, molekulyar kardiologiya, ürək çatışmazlıqları, angiqrafiya, nuklear kardiologiya mövzularını əhatə edən məruzələr dinlənilib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

19 2019 11:50 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə