Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Perinatal Mərkəzdə müşavirə keçirilib

Perinatal Mərkəzdə müşavirə keçirilib

Səhiyyə Nazirliyinin Tibbi Yardımın təşkili şöbəsi tərəfindən Respublika Perinatal Mərkəzində respublikanın doğuşayardım müəssisələrində çalışan mama-ginekoloqlar üçün cari ilin ilk 6 ayı ərzində antenatal və doğuşayardım xidməti sahəsində göstərilən işlərin nəticələrinə həsr olnumuş müşavirə keçirilib.

İclası açan L.Seyidbəyova son illər bu xidmətin təkmilləşdirilməsi nəticəsində müsbət nəticələr əldə olunması haqqında danışıb.

Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu, Doğuşayardım Komissiyasının sədri S.Məmmədova 6 ay ərzində baş vermiş ana ölümlərinin təhlili, nəticələri, aidiyyatı olan işçilərin cəzalandırılması haqqında məlumat verib.

“Kritik hallar” üzrə sektor rəhbəri L.Rzaquliyeva ayrı-ayrı nazologiyalar üzrə kiritik vəziyyətdə Respublika Klinik Xəstəxanasına daxil olan hamilə və zahılar barəsində məruzə edib.

Səhiyyə Nazirliyinin baş anetezioloq-reanimatoloqu, İ.Məhərrəmbəyli doğuşayardım xidmətində anestezioloji-reanimatoloji yardımın təşkili, rolu və çatışmamazlıqları, eyni ilə onların aradan qaldırılması haqqında ətraflı çıxış edib.

Bakı Baş Səhiyyə İdarəsinin baş mama-ginekoloqu C.Ağazadə şəhər üzrə antenatal və stasionar doğuşayardım xidmətinin nəticələri haqda məlumat verib.

Elmi Tədqiqat Mamalıq Ginekologiya İnsitutunun baş həkimi H.Kazımova özəl doğuşayardım xidməti göstərən müəssisələr, onlardan kritik vəziyyətdə daxil olan hamilə və zahılar, eyni ilə təxliyə zamanı Səhiyyə Nazirliyinin 24 saylı və 21 saylı əmrlərin tələblərininin pozulmasından bəhs edib.

Tədbirin sonunda Bakı Baş Səhiyyə İdarəsinin rəisi N.Veysova çıxış edərək bu sahədə xidmətin təkmilləşməsi, ixtisaslı kadrların hazırlanması və müəssisələrin maddi texniki bazaları yaxşılaşdırılmış, Ana və uşaq sağlamlığını qorunması barədə danışıb.

 

 Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

19 2019 11:32 - SƏHİYYƏ
SƏHİYYƏ
24 İyul 2019 | 15:08
Diabet xəstəliyi və soğan

Köhnə versiyamızdan xəbərləri izlə