Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sabah Maltada...

Sabah Maltada...

UEFA Millətlər Liqası turnirinə Bakı Olimpiya Stadionunda Kosovo yığmasına qarşı görüşdə qolsuz heç-heçə ilə başlayan Azərbaycan millisi sabah bu turnir çərçivəsində ikinci oyununu keçirəcəkdir. Futbolçularımız rəqib meydanında Malta komandası ilə görüşəcəklər.
Maltalılar turnirin startında səfərdə Farer adaları komandasına 1:3 hesabı ilə məğlub olmuşlar.
UEFA “D” divizionunun 3-cü qrupunda çıxış edən Malta və Azərbaycan komandalarının görüşünün hakimliyini Çernoqoriya Futbol Federasiyasının nümayəndələrinə həvalə etmişdir. Baş hakim funksiyasını Nikola Dabanoviç yerinə yetirəcəkdir. Oyunda topa ilk zərbə Bakı vaxtı ilə saat 22:45-də endiriləcəkdir.

Oqtay BAYRAMOV, 
“Xalq qəzeti”

8 2018 22:54 - İDMAN
İDMAN
20 Aprel 2019 | 21:44
Son qərarı Dibala verəcək
16 Aprel 2019 | 22:37
Kavanini kim əvəzləyəcək?
15 Aprel 2019 | 22:33
Vaxtından əvvəl çempion
11 Aprel 2019 | 23:01
Niquez diqqət mərkəzindədir

Ən son xəbərləri səhifəmizdən də izləyin