Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hindistan Səfirliyi Bakı Gənclər Mərkəzində Hindistan Film Festivalı keçirəcək

Hindistan Səfirliyi  Bakı Gənclər Mərkəzində Hindistan Film Festivalı keçirəcək

Bakı Gənclər Mərkəzi Hindistan Səfirliyiilə birgə əməkdaşlıq çərçivəsində Hindistan Film Festivalı təşkil edir.

23-29 iyul tarixləri arasında baş tutacaq festivalda hər gün hind filmləri nümayiş olunacaq. Hindistanın rəngarəng mədəniyyəti ilə yaxından tanış olmaq istəyən hər kəs tədbirə dəvətlidir.Tədbirdə iştirak ödənişsizdir.

23 iyul günorta saat 03:00-da Bakı Gənclər Mərkəzində nümayiş olunacaq ilk film Hindistan Respublikasının Azərbaycandakı səfiri cənab Vanlalvavna Bavintlunqun iştirakı ilə göstəriləcəkdir.Filmlər hind dilində, ingilis dili alt yazısı   ilə təqdim olunacaq.

 

A.Sadıqoğlu,
“Xalq qəzeti”

19 2019 11:25 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə