• USD: 1.7000
  • EUR: 1.9245
  • RUB: 0.0252
  • TRY: 0.3109
  • Bakı + 8.7 ° C / 98%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan 15-ci medalını samboda qazandı

Azərbaycan 15-ci medalını samboda qazandı

Qırğız Respublikasının İssık-Kul vilayətinin Çolpon-Ata şəhərində keçirilən III Dünya Köçəri Oyunlarının finişində Azərbaycan komandası daha bir medal qazanmışdır. 
Bu dəfə təbrikləri samboçu Eyvaz Baxşıyev qəbul etmişdir. Təmsilçimiz 57 kq çəki dərəcəsində uğurla çıxış edərək nümayəndə heyətimizə gümüş medal sevinci yaşatmışdır. Bu çəki dərəcəsində Oyunların çempionu isə Türkmənistan idmançısı olmuşdur. Bürünc mükafatları Qırğızıstan və Qazaxıstan nümayəndələri qazanmışlar.
Qeyd edək ki, samboçuların turnirində 23 ölkədən 76 nəfər çıxış etmişdir. Onlar medallar uğrunda yeddi çəki dərəcəsində mübarizə aparmışlar.
E.Baxşıyevin layiq görüldüyü mükafat III Dünya Köçəri Oyunlarında Azərbaycan komandasına təqdim olunmuş sayca 15-ci medaldır. Samboçumuzun müvəffəqiyyətindən sonra yığma komandamızın hesabında 1 qızıl, 6 gümüş və 
8 bürünc mükafat var.
Dünən son turnirlər keçirilmiş və III Dünya Köçəri Oyunlarına yekun vurulmuş, axşam isə yarışların təntənəli bağlanış mərasimi keçirilmişdir.

Həsən HƏSƏNOV, 
“Xalq qəzeti”
Qırğız Respublikası, Çolpon-Ata şəhəri

8 2018 22:54 - İDMAN
İDMAN
12 Noyabr 2018 | 21:58
Qomeş satılmır
12 Noyabr 2018 | 16:56
Matçda hesab bərabərdir
12 Noyabr 2018 | 16:53
Madriddən bir dəst medalla
12 Noyabr 2018 | 16:51
Çempion fərqi azaldır
10 Noyabr 2018 | 22:19
ÇL-in ən yaxşı oyunçusu
8 Noyabr 2018 | 19:17
Mövsümün ilk məğlubiyyəti
8 Noyabr 2018 | 18:09
Akrobatika: Dünya Kuboku

Ən son xəbərləri səhifəmizdən də izləyin