Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi İmişli və Ağcabədidə vətəndaşları qəbul edib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi İmişli və Ağcabədidə vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin iyununda şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov iyulun 18-də İmişlidə Beyləqan, İmişli və Füzuli rayonlarından olan vətəndaşların qəbulunu keçirib.
Qəbuldan əvvəl Xidmət rəisi, general-leytenant Arzu Rəhimov və İmişli Rayon İcra Hakimiyyətinin başçısının müavini Səfa Ağayev ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.
Qəbul zamanı hər bir vətəndaşın müraciət və təklifi diqqətlə dinlənilib.
Xidmət rəisi tərəfindən qəbul edilən vətəndaşların müraciətlərinin bir çoxu yerindəcə həllini tapıb. Araşdırılmasına ehtiyac olan məsələlər qanunvericiliyə uyğun qaydada tədbirlər görülməsi üçün qeydiyyata alınıb.
Həmin gün, həmçinin xidmət rəisinin müavini, general-mayor Mayıl Şahverdiyev Ağcabədidə Ağdam və Ağcabədi vətəndaşlarını qəbul edib.
Xidmət rəhbərliyinin keçirdiyi qəbullarda 30 vətəndaşın müraciəti dinlənilib. Müraciətlər əsasən həqiqi hərbi xidmətə və ya işə qəbul, övladlarının gələcək müddətli həqiqi hərbi xidmət yerinin müəyyənləşdirilməsi, müddətli həqiqi hərbi xidmətə cəlb edilmə, veteran adının və vəsiqəsinin verilməsi, eləcə də digər məsələlərlə bağlı olub.
Bəzi vətəndaşlar tərəfindən qaldırılan və xidmətin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti orqanlara çatdırılması üçün qeydiyyata alınıb.
Bölgə sakinlərinin yerlərdə qəbulu və müraciətlərinə baxılması üçün daha rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

 

AZƏRTAC

18 2019 22:48 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə