Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yens STOLTENBERQ: Türkiyə NATO-nun müdafiəsində vacib rol oynamaqda davam edəcək

Yens STOLTENBERQ: Türkiyə NATO-nun müdafiəsində vacib rol oynamaqda davam edəcək

Türkiyə “S-400” zenit-raket kompleksləri almasına baxmayaraq, Şimali Atlantika alyansının raket və hava hücumundan müdafiəsinin təminatı nöqteyi-nəzərindən vacib rol oynamaqda davam edəcək. Bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq bəyan edib. Məlumatı TASS verib.
Onun sözlərinə görə, “S-400” alyansın vahid HHM və RƏM sistemlərinə ­inteqrasiya olunmur: “Ancaq Türkiyə başqa imkanlar baxımından əvvəlki kimi alyansın bir hissəsi ola bilər. Onlarda təyyarələr, radiolakasiya stansiyaları, başqa imkanlar var ki, bunlar bizim HHM və RƏM sistemləri üçün çox vacibdir”, – deyə alyans başçısı bildirib. 
Stoltenberq qeyd edib ki, Türkiyə hökuməti hazırda Fransa və İtaliya ilə HHM sistemləri almaq üçün məsləhətləşmələr aparır. Bundan əlavə, NATO-nun heç bir ölkəsi Türkiyəni “S-400” aldığına görə alyansın tərkibindən çıxarmaq çağırışı etməyib. “Müttəfiqlərdən heç biri bu mövzuya toxunmayıb. Başa düşürük ki, hamımız bir-birimizdən asılıyıq”. 
Baş katib deyib ki, “S-400” sistemləri ilə bağlı fikir ayrılıqları mövcuddur: “Hələ ki, bu məsələ həllini tapmayıb, biz neqativ nəticələri minimuma endirməyə çalışmalıyıq”. 
Xatırladaq ki, Türkiyəyə 2,5 milyard dollar məbləğində “S-400” zenit-raket komplekslərinin satışı barədə müqavilə imzalandığını 2017-ci ilin sentyabrında Rusiya elan etmişdi. Hərbi texnologiyaların ilk partiyaları Türkiyəyə bu il iyulun 12-də gətirilib. 
Türkiyənin bu sistemləri alması əsasən ABŞ və NATO tərəfindən etirazla qarşılanmışdı. Bu günlərdə ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, “S-400” sistemləri aldığına görə Türkiyənin F-35-lə bağlı proqramda iştirakı mümkün deyil. 

 

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

18 2019 22:36 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə