Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avropada “Amazon” şirkəti ilə bağlı təhqiqata başlanılıb

Avropada “Amazon” şirkəti ilə bağlı təhqiqata başlanılıb

“DailyComm” saytının yaydığı məlumata görə, Avropa Komissiyası “Amazon” şirkəti ilə bağlı “köhnə qitə”də antiinhisar təhqiqatına başlayıb. Tənzimləyici orqan ABŞ-a məxsus internet ticarət şəbəkəsinin “Amazon.com” saytından istifadə edən kənar satıcıların məlumatlarından necə istifadə etmələri maraqlanır.
Mənbə yazır ki, Avropa Komissiyası ilkin araşdırmalara 2018-ci ilin sentyabrından başlayaraq “Amazon” şirkəti ilə əməkdaşlıq edən satıcı və istehsalçıları sorğu-sual etməklə başlayıb. Bildirilir ki, əsas problem ondan ibarətdir ki, şirkət saytda müxtəlif mağazaların elanlarını yerləşdirir və eyni zamanda, satış məqsədilə onların məlumatlarından istifadə edərək rəqabət aparır.
Avropa Komissiyasının araşdırmasında deyilir: “Müstəqil satıcılar üçün platformasını təqdim edən “Amazon” daim orada aktivlik haqqında məlumat toplayır. İlkin məlumatlara əsaslanan Avropa Komissiyası hesab edir ki, “Amazon” platforma çərçivəsində satıcılar, onların məhsulları və sövdələşmələr barədə rəqabətə təsir edə biləcək informasiyadan istifadə edir”.
Ali qurumun rəqabət məsələləri üzrə komissarı Marqret Vestagerin sözlərinə görə, istehlakçılar internetdə daha çox alış-veriş edərək pərakəndə rəqabətin artmasına, daha yaxşı seçim və əlverişli qiymətlərin təklif edilməsinə kömək edirlər.
“Biz böyük internet platformalarının bu üstünlükləri aradan qaldırmasına imkan verməməliyik”, – M.Vestager vurğulayıb.

 

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

18 2019 22:35 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə