Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ Səudiyyə Ərəbistanına 500 hərbçi göndərir

ABŞ Səudiyyə Ərəbistanına 500 hərbçi göndərir

CNN-nin yaydığı xəbərə görə, ABŞ Administrasiyası Səudiyyə Ərəbistanına xeyli sayda hərbçi göndərməyə hazırlaşır.
Mənbənin verdiyi məlumata əsasən, 500 nəfər amerikalı hərbçi Ər-Riyadın şərqində Şahzadə Sultan hərbi hava bazasında yerləşdiriləcək. Bildirilir ki, hazırda bazadakı hava limanını və eniş zolağını təkmilləşdirmək, habelə “Patriot” raket sistemlərini quraşdırmaq üçün bazada bir qrup amerikalı hərbçi və yardımçı heyət çalışır.
Mənbələr administrasiyanın bu planından Konqresin əvvəlcədən xəbərdar edilmədiyini, rəsmi açıqlamanın gələn həftə gözlənildiyini bildirirlər.
Qeyd edək ki, ötən ay ABŞ Administrasiyası İran ətrafındakı vəziyyətlə əlaqədar olaraq Yaxın Şərqə 1000 hərbçi göndəriləcəyini bildirmişdi.

 

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

18 2019 22:32 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə