Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əsas kapitala yönəldilmiş ümumi vəsaitin 70 faizi sənaye və tikinti sahələrinə xərclənib

Əsas kapitala yönəldilmiş ümumi vəsaitin 70 faizi sənaye və tikinti sahələrinə xərclənib

Yanvar-iyun aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 48,4 faizi sənaye, 21,7 faizi isə tikinti sahəsinə xərclənib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, 14,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,1 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 2,3 faizi informasiya və rabitə, 2 faizi təhsil, 1,1 faizi səhiyyə, 0,7 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, hər birində 0,6 faiz olmaqla turistlərin yerləşdirilməsi və ictimai iaşə, peşə, elmi və texniki fəaliyyət, digər sahələrdə xidmətlərin göstərilməsi, 0,4 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 0,3 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, hər birində 0,1 faiz olmaqla maliyyə və sığorta fəaliyyəti, daşınmaz əmlakla əlaqədar əməliyyat sahələrinə sərf edilib.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

18 2019 16:15 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə