Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli valyutada olan əmanətlər 25,8 faiz artıb

Milli valyutada olan əmanətlər 25,8 faiz artıb

İyunun 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,6 faiz artaraq 8 milyard 622,9 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, əmanətlərin 57,4 faizi xarici, 42,6 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 25,8 faiz artıb, xarici valyutada əmanətlər isə təqribən eyni səviyyədə qalıb.

İyunda milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 avro 1,92 (1,92) manata, 100 rus rublu 2,65 (2,61) manata bərabər olub.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

18 2019 15:47 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə