Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Müdafiə Nazirliyi: Erməni mətbuatının yaydığı məlumat dezinformasiyadır

Müdafiə Nazirliyi: Erməni mətbuatının yaydığı məlumat dezinformasiyadır

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi  Ermənistan mətuatında gedən məlumatla bağlı açıqlama verib.

“Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikası istiqamətində yerləşən bölmələri tərəfindən erməni kəndinin atəşə tutulması barədə Ermənistan mətbuatının yaydığı məlumatın heç bir əsası yoxdur, yalandır və dezinformasiya xarakteri daşıyır.

Eyni zamanda bildiririk ki, bu gün səhər saatlarında Göygöl rayonu ərazisində təsərrüfat işləri görən mülki traktor Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən snayper atəşinə məruz qalıb, itki yoxdur. Cavab tədbirləri nəticəsində düşmən susdurulub.”—deyə açıqlamada bildirilir.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyinin sözçüsü A.Ovannisyan Azərbaycan tərəfinin erməni kəndinə atəş açdığını bildirmişdi.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

18 2019 13:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Oktyabr 2019 | 22:11
“İstiqlaldan hürriyətə”

Köhnə versiyamızdan xəbərləri izlə