Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Millət vəkilinin dəvəti ilə 14 qırğız yazarı Bakıya gəlir

Millət vəkilinin dəvəti ilə 14 qırğız yazarı Bakıya gəlir

Milli Məclisin üzvü doctor Cavanşir Feyziyevin rəhbəri olduğu layihə çərçivəsində nəşr olunmuş “Gənc Qırğız şeiri antologiyası” Bakıda və Bişkəkdə  ədəbi ictimaiyyətə təqdim olunacaq.

Bir sıra maraqlı görüşlərin daxil olduğu proqram çərçivəsində respublikamıza səfər edəcək Qırğız nümayəndə heyətinə Qırğız Milli Yazıçılar Birliyinin (QMYB) başqanı Nurlan Kalıbekov başçılıq edir.

Qardaş ölkənin istedadlı yeni nəsil yazarlarının daxil olduğu heyət, Dünya Gənc Türk Yazarlar Birliyi mənsublarının müşayiəti ilə Fəxri Xiyaban, Şəhidlər Xiyabanı və Türk Şəhidliyini ziyarət edəcək, muzeylərə baş çəkəcək, şəhərin görməli yerləri ilə tanış olacaq.  Beynəlxalq Mətbuat Mərkəzində “üç əsrin qəzeti” fəxri ünvanını daşıyan tarixi “Kaspi” qəzetinin kollektivi ilə Azərbaycan Milli Mətbuat Günündə görüşəcək (22 iyul, saat 11.00) qardaş ölkə yazarları, Azərbaycanlı həmkarları ilə “Azərbaycan-Qır ğız ədəbi əlaqələri: dünən, bugün, sabah” mövzusunda fikir mübadiləsi aparacaq.

“Gənc Qırğız şeiri antologiyası”nın təqdimatı 23 iyulda (saat 15.00) millət və-killərinin, türkoloqların, şair və yazıçıların, QHT və KİV təmsilçilərinin iştirakı ilə ATATÜRK Mərkəzində baş tutacaq.

Qırğız yazarlarının bir sıra dövlət və qeyri-hökumət qurumlarında, o cümlədən Milli Məclisdə, AMEA NİZAMİ adına Ədəbiyyat İnstitutunda, Azərbaycan Yazıçılar Birliyində də görüşləri nəzərdə tutulub.

Qırğız yazarlarının Bakıya səfəri 25 iyula başa çatacaq.

“Gənc Qırğız şeiri antologiyası”nın bu ilin sentyabr ayında Azərbaycanın Qırğız Respublikasındakı Səfiri Hidayət Orucovun, Qırğız Respublikası Mədəniyyət, İnfor-masiya və Turizm naziri Azamat Jamankulovun, Qırğız ədəbi, elmi ictimaiyyətinin iştirakı ilə Bişkəkdə də təqdimatı nəzərdə tutulub.

Xatırladaq ki, “Gənc Qırğız şeiri antologiyası”nda müstəqillik dövrü Qırğız şeirinin 35 gənc nümayəndəsinin şeirləri toplanıb.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

18 2019 12:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə