Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zaqatalada qanvermə aksiyası keçirilib

Zaqatalada qanvermə aksiyası keçirilib

Heydər Əliyev Fondu və Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hemotologiya və Transfuziologiya institutu rayon mərkəzi xəstəxanalarında talassemiyalı və hemofiliyalı xəstələri qan və onun komponentləri ilə təmin etmək məqsədi ilə ölkə ərazisində qanvermə aksiyaları həyata keçirir.

Zaqatalada fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri üçün könüllü qanvermə aksiyası təşkil edilib. Aksiya zamanı ümumilikdə, 171 donor qan verib.

Qanvermə aksiyasında iştirak edənlər öncə müayinədən keçirilib, qan analizləri götürülərək laborator müayinəyə göndərilib.

Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının əməkdaşları tərəfindən toplanan qan və onun komponentləri ehtiyacı olan xəstələrin müalicəsində istifadə olunacaq.

Səhiyyə Nazirliyi aksiyada iştirak edən hər bir şəxsə minnətdarlıq bildirir.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

18 2019 12:47 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə