Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Onurğa kanalındakı törəmə mikroskopik yolla xaric edilib

Onurğa kanalındakı törəmə mikroskopik yolla xaric edilib

Onurğa kanalında rast gəlinən törəmələr, adətən, xoşxassəli olurlar. Yavaş-yavaş böyüyüb, onurğa beynini ciddi sıxıb, ətraflarda gücsüzlük, keyimə və yerimənin çətinləşməsi ilə müşahidə edilə bilirlər.

Bəzən MRT müayinəsində onurğa beyninin törəmə tərəfindən dramatik sıxılması görülsə də, əksər hallarda müvafiq müalicə ilə xəstələrdə sürətli və mühüm dərəcədə yaxşılaşma baş verməkdədir.

Respublika Müalicəvi Diaqnostika Mərkəzinə (RMDM) müraciət edən 53 yaşında qadın pasiyentdə son bir ildə sağ ətraflarda gücsüzlük yaranmış və sürətlə artaraq, yeriməni pozmuşdur. Sağ yuxarı ətrafa şiddətli ağrı yayılmağa başlayıb və bu, davamlı olub.

Çəkilmiş boyun MRT-də birinci və ikinci boyun fəqərəsi səviyyəsində onurğa kanalının böyük hissəsini doldurub onurğa beynini ciddi sıxan törəmə aşkar edilib.

Neyrocərrah Azər Əkbərov tərəfindən törəmə mikroskopik yolla çıxarılıb.

Əməliyyatdan dərhal sonra sağ yuxarı ətrafa yayılan ağrı keçib və gücü mühüm dərəcədə artıb.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

18 2019 12:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Oktyabr 2019 | 22:11
“İstiqlaldan hürriyətə”

Köhnə versiyamızdan xəbərləri izlə