Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ağ Evdən açıqlama: “Türkiyə artıq F-35 proqramının bir hissəsi ola bilməz”

Ağ Evdən açıqlama: “Türkiyə artıq F-35 proqramının bir hissəsi ola bilməz”

ABŞ, Türkiyənin S-400 hava hücumundan müdafiə sistemini almasından sonra F-35 proqramında yer almasının mümkünsüz olduğunu açıqladı.

ABŞ-ı narahat edən isə F-35-lərin idarə edilməsində aparıcı rol oynayan ALIS sisteminin şifrələrinin Rus kəşfiyyatı tərəfindən ələ keçirilmə qorxusudur.

ALIS F-35 döyüş təyyarələrinin əsas ana sistemi hesab edilir. Bu sistem sayəsində ABŞ istədiyi təqdirdə təyyarənin havalanmasını belə imkansız edə bilər. Buna görə də təyyarələrlə birlikdə şifrələrin də əldə edilməsi vacib amillərdən biridir. 

Ağ Evdən mətbuata rəsmi açıqlamada Türkiyənin S-400-ləri almaqla 60 illik NATO müttəfiqqliyinə də ağır zərbə vurduğu qeyd edilir. ABŞ Türkiyə münasibətlərinin tək F-35 proqramına dayanmadığı, Türkiyə ilə strateji, əməkdaşlıq əlaqələrinin yaxşı vəziyyətdə olduğu və bu əlaqələrin daha da dərinləşdirilməsinə böyük önəm verildiyi Ağ Ev rəsmiləri tərəfindən bildirildi.

Ötən gün Donald Tramp Ağ Evdə çıxış edərək keçmiş prezident Barak Obama adminstrasiyasını Türkiyəyə ABŞ-ın hava hücumunundan müdafiə sistemi olan Patriotları satmamaqda və bunun müqabilində Türkiyəni Rusiyadan S-400 sistemlərini almağa məcbur buraxmaqda günahlandırmışdı.

Digər tərəfdən Rusiya prezidentinin köməkçisi Yuri Borisov, Türkiyəni ABŞ-ın təzyiqlərinə rəğmən S-400 sistemlərindən imtina etmədiklərini təqdir etdiklərini və Türkiyəyə döyüş təyyarələri də sata biləcəklərini bir mesaj olaraq bildirmişdi.

 

Elşən AĞALAR,
“Xalq qəzeti”

18 2019 11:12 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə