Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Biznes sahələri üzrə ilin ikinci yarısı üçün icra və kommunikasiya planları həyata keçiriləcək

Biznes sahələri üzrə ilin ikinci yarısı üçün icra və kommunikasiya planları həyata keçiriləcək

Biznes sahələri üzrə ikinci yarımillik üçün icra və kommunikasiya planları həyata keçiriləcək. 
İyulun 17-də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) keçirilən tədbirdə Azərbaycan Respublikası Prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi xidmətinin baş məsləhətçisi, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın katibliyinin rəhbəri Vüsal Şıxəliyev icra və kommunikasiya planları barədə danışıb. Bildirib ki, bu ilin birinci yarısında biznes sahələrinin bütün istiqamətləri üzrə kompleks islahatlar həyata keçirilib. Bu islahatlar müvafiq icra və kommunikasiya planları əsasında yerinə yetirilib. Həmin müddətdə islahatların tətbiqi nəticələrinə dair ilkin məlumatlar təhlil olunaraq növbəti dövr üçün yeni hədəflər, qarşıda duran vəzifələr müəyyən olunub. Dövlət-biznes dialoqu platforması çərçivəsində özəl sektorun nümayəndələri, xüsusilə biznes assosiasiyaları ilə müzakirələr aparılıb. Bu platforma, ilk növbədə, tətbiq olunan qanun-qaydaların istifadəçilər tərəfindən, onları narahat edən məsələlərin bilavasitə onların nümayəndələrinin iştirakı ilə müzakirə olunması çox mühüm əhəmiyyət kəsb edir. 
Diqqətə çatdırılıb ki, yarım ildə biznes sahələrinin əsas istiqamətləri – tikinti, biznesə başlama, elektrik şəbəkəsinə qoşulma, məhkəmə-hüquq sistemi, əmlakın qeydiyyatı, sərhəddə ticarət indikatorları üzrə yeni kommunikasiya planının təsdiq olunması zərurəti vardı. Artıq bu gün bu planın təqdimatı keçirilir. İyulun əvvəlində Baş Nazirin birinci müavini, Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın sədri Yaqub Eyyubov tərəfindən biznes sahələri üzrə icra və kommunikasiya planları təsdiq edilib. Planlar dövlət-biznes dialoqu platforması çərçivəsində sahibkarlar və biznes assosiasiyalarının nümayəndələri ilə geniş müzakirə olunub, müvafiq istiqamətlər üzrə təkmilləşdirilməli sahələr və məsələlər dəqiqləşdirilib, onların həlli yolları müəyyən olunub. Planlar biznes sahələri üzrə bir sıra istiqamətlərdə konkret tədbirlərin aidiyyəti qurumlar tərəfindən icrasını nəzərdə tutur: müvafiq istiqamət üzrə inzibatçılığın təkmilləşdirilməsi və genişləndirilməsi, aidiyyəti qurumların müvafiq sahə üzrə əməkdaşları və bu sahəyə məsul şəxslərlə iş, sahibkarlıq subyektləri ilə kommunikasiya və məlumatlandırma, aparıcı hüquq (konsaltinq) şikətləri, beynəlxalq və yerli qeyri-hökumət təşkilatları ilə kommunikasiya və məlumatlandırma, aparıcı kütləvi informasiya vasitələri və digər media qurumları ilə kommunikasiya və məlumatlandırma. İcra və kommunikasiya planlarında əsas hədəf bu ilin əvvəlində istifadəyə verilmiş yeni rəqəmsal elektron sistemlərin tətbiqinin əhatə dairəsinin daha da genişləndirilməsi və bu sahədə növbəti inkişaf etdirilməli sahələrin müəyyən olunmasıdır. Bu sahədə ictimai birlikləriznes assosiasiyalarının nümayəndələri, aparıcı hüquqkonsaltinq şirkətləri ilə intensiv görüşlərin keçirilməsi, islahatların üstünlükləri barədə məlumatın verilməsi, bu sahədə mövcud problemlər və təkmilləşmə imkanlarının müzakirəsi və nəticələri üzrə təkliflərin aidiyyəti üzrə təqdim olunması tədbirləri də həyata keçiriləcək. 
Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham Azərbaycan") icraçı direktoru Natəvan Məmmədova qeyd edib ki, “AmCham Azərbaycan”ın hər zaman verdiyi təkliflərindən biri ictimai iştirakçılıqla bağlıdır: “Hesab edirəm ki, istənilən ölkədə inkişaf yolu özəl sektorla dövlət arasında dialoqdan keçir. Bunun üçün müəyyən platformaların olması çox önəmlidir. Düşünürəm ki, biz əməkdaşlığımızı daha da genişləndirməliyik. Yaxın vaxtlarda yaradılmış “Azranking.az” portalı çox gözəl platformadır. Biz, eyni zamanda, ictimaiyyətin daha çox maarifləndirilməsi üzərində işləməliyik. Bu istiqamətdə biznes assosiasiyalarının, palataların rolu böyükdür. Sentyabrdan daha yaxından əməkdaşlıq edəcəyik”.
Beynəlxalq Maliyyə Korporasiyasının nümayəndəsi Lily Begiaşvili isə deyib: “Dövlət-biznes tərəfdaşlığı dialoqu platforması bir sıra ölkələrdə də mövcuddur. Azərbaycanda əlamətdar hal odur ki, məhz bu dialoq dövlət büdcəsi tərəfindən maliyyələşdirilir. Dövlət-biznes tərəfdaşlığı dialoqunun üzvləri arasında olan kommunikasiyanı təmin etmək üçün elektron platformanın mövcudluğu çox əhəmiyyətlidir. Mən bütün özəl sektorun nümayəndələrini və biznes assosiasiyalarını bu təşəbbüsə qoşulmağa dəvət edirəm”. 

 

AZƏRTAC

17 2019 22:07 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Oktyabr 2019 | 22:11
“İstiqlaldan hürriyətə”

Köhnə versiyamızdan xəbərləri izlə